Quba və Qəbələdə Hepatit Xəstəliklərinə dair seminarlar və ödənişsiz həkim müayinələri
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
TƏBİB və Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin birgə təşkilatçılığı ilə "Hepatit xəstəliklərinin erkən diaqnostikası, müalicəsi və profilaktikasına multidissiplinar yanaşma" mövzusunda regional seminarlar təşkil olunur. İlk seminar 4 oktyabr tarixində Quba Rayon Mərkəzi Xəstəxanasında,növbəti tədbir isə 7 noyabr Qəbələ Rayon Mərkəzi Xəstəxanasında keçirildi.
Seminarda Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin Qaraciyər xəstəliklərinin müalicə və diaqnostika mərkəzinin rəhbəri, Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai Birliyinin sədri, Qastroenteroloq-Hepatoloq tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, Qastroenteroloq-Hepatoloq Dr. Mahirə Qədirova, Hepatoloq Dr. Səltənət Efendiyeva, Cərrah-invaziv endoskopist Dr. Fərid Dünyamalıyev və Referans Klinik Laboratoriya Mərkəzinin Həkim-Laborantı Dr. İlahə Umudova çıxış ediblər.
Seminarlar dünya təcrübəsində hepatit xəstəliklərinin vaxtında aşkar edilməsi üçün istifadə olunan müayinə metodları, yeni müalicə üsulları və profilaktika tədbirləri haqqında məlumat verildi. Seminarlarda iştirakçılara hepatit xəstəliklərinin yeni diaqnostik metodları və müalicə üsulları haqqında məlumat verildi və həkimlərlə birlikdə mövzuda diskusiyalar aparıldı.
Seminarlarda iştirak edən bölgə həkimləri ilə müzakirələr aparıldı və əldə edilən biliklərin gələcəkdə tətbiqi barədə fikir mübadiləsi olundu.
Eyni zamanda, seminarda çıxış edən həkimlər təcrübə mübadiləsi və pasiyentlərə əlçatan xidmət göstərilməsi məqsədilə hər iki rayonda ödənişsiz həkim müayinələridə həyata keçirmişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 14 Noyabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















