Qubad İbadoğlunun qardaşına ittiham aktı elan edildi
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatları nümayəndələrindən Qalib Bayramovun (Qalib Toğrul) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən ilk baxış iclasinda prokuror təqsirləndirilən QHT rəhbərinə ittiham aktinı elan edib.
Növbəti proses noyabrın 5-nə təyin edilib.
Qeyd edək ki,QHT nümayəndələri vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq kimi cinayətlərdə ittiham olunurlar.
Onuda qeyd edək ki,Qalib Toğrul bir neçə ay əvvəl ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.
Seymur Əli


