Icma.az
close
up
RU
Qubada günlük evdə biabırçılıq Cəmilə yuxarıda yatırdı, durub getdim yanına...

Qubada günlük evdə biabırçılıq Cəmilə yuxarıda yatırdı, durub getdim yanına...

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Quba rayonunda istirahətə gedən qadın bir günlük kirayə tutduqları evdə döyülüb. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 22-də Quba şəhəri, Qəçrəş yolu massivində yerləşən fərdi evdə baş verib. 
Quba rayon sakini, 1996-cı il təvəllüdlü Rüstəm həmin gün səhər saat 8 radələrində aralarında yaranmış mübahisə zamanı Cəmilənin (adlar şərtidir – red.) sifət və bədəninin müxtəlif nahiyyələrindən əl ilə qəsdən vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Məlum olub ki, Cəmilə Bakının Yasamal rayonunda yaşayıb və Quba rayonuna Rüstəm ilə birlikdə istirahət etmək üçün yollanıb. 
Rüstəm ifadəsində göstərib ki, Cəmilə adlı xanımı bir ildir tanıyır, münasibətləri daima yaxşı olub:
“Məlum hadisə günü, gecə saat 01:30-da Cəmilənin idarə etdiyi avtomobil ilə Quba şəhəri, Qəçrəş yolu
massivində yerləşən marketin arxasındakı günlük kirayə evə getdik. Mən həyətdə olan manqalı yandırdım. Birlikdə yemək yedik, spirtli içki qəbul etdik. Cəmilə səhər saatlarında yuxarı qalxaraq yatdı. Mən yuxarı mərtəbəyə qalxaraq çarpayıda onun yanında uzandım”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, bir qədər sonra Cəmilə yuxudan ayılıb: “Cəmilə niyə onun yanında yatdığımı irad bildirdi, məni nalayiq ifadələrlə təhqir etdi. Mən bu sözdən əsəbləşərək Cəmilənin qulaq nahiyyəsindən və sifətinin müxtəlif nahiyyələrindən şillə ilə vurdum, onun sinə və boğaz nahiyyələrindən əlim ilə tutaraq sıxdım. Mübahisə zamanı yanımızda heç kim olmayıb. Mübahisəmiz 2-3 dəqiqə davam etdi”.
Faktla bağlı Rüstəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib. 
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib. Onun barəsində cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Aprel 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri