Qubada Olimpiya mükafatçıları ilə görüş keçirilib FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İdman Paytaxtı” Qubada təşkil olunan lll İdman Festivalının növbəti günü maraqlı anlarla yadda qalıb.
AZXEBER.COM xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhər idmanında festival iştirakçılarına "İdman Səfirləri” tərəfindən futbol, gimnastika, cüdo, milli idman növləri, taekvondo üzrə təlimlər keçirilib.
13-15 yaşlı idmançılar günə skautinq, rəsm və ingilis dilindən danışıq dərsləri ilə davam ediblər. Gün ərzində AMADA tərəfindən iştirakçılar üçün "Steroidlərə yox de!" mövzusunda təlim təşkil olunub.
Günün sonunda Olimpiya mükafatçıları - Hidayət Heydərov, Qaşım Maqomedov, Alfonso Dominqes tonqal ətrafında festival iştirakçılarıyla görüşüb, onların suallarını cavablandırıblar. Görüşün sonunda yeniyetmə idmançılar üçün avtoqraf sessiyası təşkil edilib. Festivalın 4-cü gününə uşaqların yallı rəqsi ilə yekun vurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 22 Noyabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















