Qubada Şəhidin adına taekvondo klubu fəaliyyətə başladı FOTO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Quba rayonunun Alekseyevka kəndində Şəhid Ülvü Məmmədovun adını daşıyan taekvondo Klubu fəaliyyətə başlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, “Ülvü” taekvondo klubunun yaradıcısı və direktoru taekvondo üzrə 3-cü dan qara kəmər sahibi, Quba İOEUGİŞM-in məşqçi-müəllimi Emil Təhməzovdur.
Klubda iki köməkçi məşqçi və 50 idmançı fəaliyyət göstərir.
Klubun taekvondoçuları Azərbaycan çempionatlarında yüksək nəticələr qazanıb, eyni zamanda dünya çempionatlarında iştirak ediblər. Bu idman ocağı şəhidimizin əziz xatirəsinin yaşadılması və gənclərin vətənpərvər ruhda yetişdirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, Şəhid Ülvü Məmmədov 29 iyul 1997-ci ildə Alekseyevka kəndində anadan olub. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci il Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və 21 oktyabr 2020-ci ildə Xocavənd döyüşlərində qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Alekseyevka kəndində yaşadığı küçəyə Ülvü Məmmədovun adı verilib.

Baxış sayı:42
Bu xəbər 30 Dekabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















