Icma.az
close
up
RU
“Quba”nın legioneri: “Bu addımlar liqanın xeyrinə işləyəcək” MÜSAHİBƏ

“Quba”nın legioneri: “Bu addımlar liqanın xeyrinə işləyəcək” MÜSAHİBƏ

Icma.az, Idman.biz saytına istinadən bildirir.

"Quba"nın basketbolçusu Levan Qoqaladze klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, gürcüstanlı legioner pley-in mərhələsində başa vurduqları mövsümü dəyərləndirib.

Mövsüm "Quba" üçün pley-in mərhələsində başa çatdı. Komanda "Ordu"ya məğlub olaraq, iştirakını dayandırdı. Səncə, nəyə görə komanda uduzdu?
Bu, yaxşı və qısa seriya idi. Təəssüf ki, komandaya kömək edə bilmədim. Üstəlik, ilk oyunda Zaur Paşayev meydana çıxa bilmədi. Fikrimcə, həmin seriyada meydana olsaydım, pley-offda oynayardıq.

- "Ordu"ya qarşı görüşlərdə zədəli olduğun üçün iştirak etmədin. Birinci oyundan öncə məşqdə zədələnmişdin və başına tikil atılmışdı. İndi durumun necədir?

- Bəli, qeyd etdiyim kimi komandaya kömək edə bilmədim. Oyundan öncə keçirilən məşqdə bəxtsizlik yaşadım. Başımdan zədələndim və tikiş atıldı. İndi özümü yaxşı hiss edirəm.

- Artıq üç ildir ki, ölkəmizdə legioner həyatı yaşayırsan. Azərbaycan basketbolunda inkişaf görürsən?

- Azərbaycanda basketbol inkişaf edir. Fikrimcə, oyunlara daha çox uşaq gətirmək lazımdır. Həmçinin daha mütəşəkkil baş menecerlər və bu cür bəzi addımlar da liqanın xeyrinə işləyəcək.

- Gürcüstan və Azərbaycan basketbolunu necə müqayisə edərdin?
- Fikrimcə, xarici oyunçuların səviyyəsi demək olar ki, eynidir. Çünki Azərbaycanda oynamış bir çox oyunçu əvvəllər elə Gürcüstanda da çıxış edib. Bu iki ölkə klubları arasında fərq komandalardakı intizam və yerli oyunçulardadır.

- Səncə, "Quba" müntəzəm mövsümdə də nəyə görə uğursuz çıxış etdi? B qrupunda sonuncu yerdə olmasaz da, yalnız bir pillə yuxarıda qərarlaşdınız...

- Diqqətimizi mövsümün sonuna fokuslamışdıq. Düzü, irəlidəki komanda ilə aramızda fərq də çox deyildi. Pley-in matçlarında göstərdik ki, tam heyətlə olmasaq belə, istənilən komandaya qarşı yaxşı mübarizə aparıb, yaxşı seriya əldə edə bilərdik.

- Yeni mövsümə də "Quba"da, Azərbaycan Basketbol Liasında başlayacaqsan?

- Biz bunu hələ müzakirə etməmişik. Necə olacağını zaman göstərəcək. Mən baş məşqçimiz Şəhriyar Əsgərova və kapitanımız Zaur Paşayevə hörmətlə yanaşıram. Onlara hər zaman ən yaxşısını arzulayıram.

- Səncə, ABL-də hansı komanda çempion olacaq?

- Məncə, “Sabah” yenə qalib gəlmək üçün favoritdir. Baş məşqçi Rimas Kurtinaytis çox yaxşı komanda qurub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Aprel 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri