Icma.az
close
up
RU
Qüdrətli Azərbaycanı rəsmlərdə təsvir etmək, böyük məsuliyyət və fəxrdir DEPUTAT

Qüdrətli Azərbaycanı rəsmlərdə təsvir etmək, böyük məsuliyyət və fəxrdir DEPUTAT

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Xətai rayonunda rayon İcra Hakimiyyəti, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Naxçıvan Rəssamlar Birliyi, Xətai Sənət Mərkəzinin və Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə "28 may-Müstəqillik günü"nə həsr edilmiş “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin qaliblərinin mükafatlandırılması keçirilib.

Newscenter.az xəbər verir ki, 28 May- Müstəqillik Gününə həsr olunmuş festival çərçivəsində təşkil olunan müsabiqənin sərgiləri mayın 13-dən 16-dək növbəli şəkildə Xətai Sənət Mərkəzində açılıb. Mövzusu güllər olan müsabiqəyə 2000-ə yaxın 8-21 yaşarası Azərbaycan gəncləri ilə yanaşı, ABŞ, Türkiyə, Rusiya, Belarus, Türkiyə, İran, Qazaxıstan, Çin, Peru, Hindistan və Miyanmar vətəndaşları da qatılıb. Bu sərgilərdə 800-ə yaxın əsər nümayiş olunub. Hər yaş qrupu üzrə 10 əsərin müəllifi festivala dəvət alıb.

Xətai Rayon İcra Hakimiyyətinin qarşısında keçirilən tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev müstəqillik tariximizin Zəfər səhifələrindən geniş bəhs etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini, sarsılmazlığını təmin etdi. Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi. Dünyada Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana baxış yüksək səviyyədədir. Dünyaya Günəş kimi doğan Azərbaycan bu gün tarixi Zəfərinin reallıqları ilə diqqətdədir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxış edərək bildirdi ki, Azərbaycanın zəngin dövlətçilik tarixi vardır. Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Günümüzün əsas çağırışlarından biri müasir müstəqil, qalib Azərbaycanın bu günü üçün kimə borclu olduğumuzu indiki və gələcək nəsillərə çatdırmaqdır. Müstəqillik tariximizi səhifələdikcə Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü, eyni zamanda, fəaliyyətinin Naxçıvan mərhələsi xüsusi qeyd edilir. Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Dahi şəxsiyyət Heydər Əliyev qayıdışı ilə yeni Azərbaycan qurdu, onun müstəqilliyini daimi və sarsılmaz etdi. 1993-cü ildən başlanan müstəqillik yolu Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Məhz yaradılan möhkəm təməl üzərində Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir, Zəfərdən Zəfərə addımlayır. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu. Müstəqilliyimizi, suverenliyimizi daimi etmək üçün bütün dünya azərbaycanlıları vahid ideya - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdi.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva çıxışında vurgulayıb ki, hər birimizin qürur mənbəyi olan qüdrətli Azərbaycanı rəsmlərdə təsvir etmək, mövcud reallıqları rənglərin dili ilə ictimaiyyətə çatdırmaq böyük məsuliyyət və fəxrdir.
Azərbaycan Rəsamlar İttifaqının sədr müavini, professor, Xalq rəssamı Ağaəli İbrahimov ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına xüsusi diqqət göstərildiyini bildirdi. Qeyd etdi ki, uşaqların və gənclərin rəssamlığa xüsusi önəm vermələri bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan xalqı yaradıcı xalqdır, həqiqətlərimizi rənglərin vasitəsilə də dünyaya çatdırmağa xüsusi maraq göstərir.
Tədbir musiqi nömrələri ilə davam edib. Müsabiqə iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom, yerlərə görə hədiyyələrlə mükafatlandırılıblar.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 May 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri