Icma.az
close
up
RU
“300 manatla yaşamaq mümkün deyil” QULAMHÜSEYN ƏLİBƏYLİ

“300 manatla yaşamaq mümkün deyil” QULAMHÜSEYN ƏLİBƏYLİ

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

“Düzünü desəm, mən büdcə zərfi ilə tanış deyiləm. O sahədə özümü bir o qədər böyük mütəxəssis hesab etmirəm, amma yazılanları nəzərdən keçirsək, hökumət büdcəni sosialyönümlü adlandırsa da, düzgün olmayan bir siyasət yeridir”. 

Bu barədə Hurriyyet.az-a 2026-cı ilin büdcə zərfi ilə bağlı danışarkən keçmiş deputat, hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.
“Yəni bir tərəfdən yaşayış minimumu, minimum əməkhaqqı ilə bağlı olan məsələlər inkişaf etmir. Amma əvəzində deyilənə görə, vergi yükü artırılır.  Düzdür, zahirən vergi yükünü yumşaltmaq kimi qələmə vermək istəyirlər, amma vergi yükü artırılır. Azərbaycan üçün bu cür büdcə o qədər uyğun olmayan büdcədir ki, cəmi yaşayış minimumu 300 manat müəyyənləşdirilir. Hər birimiz bu ölkədə yaşayırıq və başa düşürük ki, 300 manatla yaşamaq mümkün deyil”,-deyə hüquqşünas əlavə edib.

Q.Əlibəyli hesab edir ki, icbari tibbi sığorta ilə bağlı işləməyən şəxslərin də məcburi icbari tibbi sığorta haqlarını ödəməsi, ödəməyən şəxslərin məsuliyyətə cəlb olunması məsələsinin qaldırılması sosial dövlət anlayışına, mahiyyətinə uyğun gəlməyən bir məsələdir: “Əslində, bu cür şəxslər işləmirsə, sosialyönümlü büdcə həmin şəxslərin yaşayışını təmin etməlidir, daha həmin şəxslərdən məcburi qaydada büdcəyə vəsaitin ayrılmamasını təmin etməməlidir. Mənim büdcə barədə ilkin olaraq fikirlərim bundan ibarətdir. Bir daha təkrar edirəm ki, ətraflı tanış deyiləm və özümü bu sahədə bilici hesab etmirəm”/

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, 2026-cı il üçün ehtiyac meyarı 300 manat  müəyyən ediləcək. 
2025-ci il üçün isə ehtiyac meyarı 285 manat müəyyən edilib.

Layihəyə əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən ediləcək. 
2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat müəyyən edilib.

CAVİD

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri