Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Qulamhüseyn Əlibəyli: “Türk dövlətləri ciddi addım atmalıdır”

Qulamhüseyn Əlibəyli: “Türk dövlətləri ciddi addım atmalıdır”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalaması ilk növbədə Rusiyaya qarşı yönəlmiş addımdır”. 

Bu sözləri politoloq Qulamhüseyn Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bu addım Ermənistandan daha çox ABŞ-nin, bütövlükdə isə kollektiv Qərbin fəaliyyəti kimi qiymətləndirilməlidir: 

“Uzun müddətdir ki, başda ABŞ olmaqla, kollektiv Qərb Rusiyanı Cənubi Qafqaz regionundan çıxarmağa və yerinə daxil olmağa çalışır. 

Ermənistan isə Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır. Nəzərə almaq lazımdır ki, bunu Gürcüstanla həyata keçirmək mümkün deyil. Onlar etirazlara baxmayaraq artıq öz seçimlərini ediblər. Azərbaycanın seçimi də hamıya məlumdur. Biz Qərb ölkələrindən daha çox Türk dünyasına arxayınıq. Üstəlik, Azərbaycan müstəqil siyasət aparır və üçüncü ölkələri Cənubi Qafqaza buraxmaq istəmir. Rəsmi Bakı bildirir ki, regiondakı problemlər Cənubi Qafqaz dövlətlərinin iştirakı ilə həll olunmalıdır. Çünki kənar dövlətlərin bölgəyə daxil olması hansısa dərəcədə onların geosiyasi və iqtisadi maraqlarını təmin olunması üçün əsas rolunu oynaya bilər. Yəni Azərbaycan mövqeyində haqlıdır”. 

Lakin ekspert diqqətə çatdırıb ki, ABŞ və digər Qərb ölkələri Ermənistan vasitəsilə regiona daxil olmaq üçün ciddi səy göstərirlər: 

“Onlar Rusiyanı regiondan çıxarmaqla onu təcrid etməyə çalışırlar.

Hətta Rusiyanı siyasətdən tamamilə uzaqlaşdırmaq və təsir imkanlarını sıfıra endirmək üçün həmlələr edirlər. ABŞ ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinə də bu aspektdən baxmaq lazımdır. Lakin rəsmi Moskvanın bununla barışacağını güman etmək düzgün olmaz. Rusiyanın əlində xeyli imkanlar var. 

Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyanın özü də Ermənistan vasitəsi ilə sanksiyalardan yayınmağa çalışır və müəyyən qədər buna nail ola bilir. Hətta ötən ilin statistikasına əsasən, iki ölkə arasında iqtisadi və ticari əlaqələrin əvvəlki dövrlərə nisbətən xeyli genişləndiyini görürük. Ermənistan sanksiyalardan yayınaraq başqa ölkələrdən aldığı məhsulları Rusiyaya satır. Bu isə Rusiyaya sərf edir. Ona görə də Kreml siyasi təzyiqlər yolu ilə bu siyasəti daha da genişləndirməyə çalışacaq. Yəni Ermənistan vasitəsilə üçüncü dövlətlərlə iqtisadi və ticari əlaqələrini genişləndirmək istəyir”. 

Qulamhüseyn Əlibəyli hesab edir ki, Rusiyanın Ermənistana qarşı sərt addımları gözlənilmir: “Bəlkə Rusiyanın təşəbbüsü ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) Ermənistanın uzaqlaşdırılması prosesi baş verə bilər. Lakin bu da heç nəyi dəyişməyəcək. Çünki Ermənistan faktiki olaraq bu təşkilatda iştirak etmir”. 

Həmsöhbətimiz onu da vurğulayıb ki, Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalaması Azərbaycan və Türkiyəyə qarşı da yönəlmiş addım kimi də qiymətləndirilə bilər: 

“Çünki onların bu addımının Azərbaycan və Türkiyənin siyasi iradəsinə qarşı olduğu görünür. Üstəlik, ABŞ bundan sonra Ermənistanla Azərbaycan arasındakı sərhəddə sabitliyin olmamasına və tez-tez təxribatlara çalışacaqlar. Ermənistan isə ABŞ-nin hərbi kontingentinin iştirakından sui-istifadəyə cəhd edərək, Azərbaycana qarşı təxribatları genişləndirə bilər. Bununla da gələcəkdə ABŞ-nin və Qərbin hərbi hissələrinin Ermənistanda yerləşdirilməsinə nail olmaq istəyəcək”. 

Ekspert düşünür ki, Azərbaycanın Türk dövlətləri ilə əməkdaşlığını daha da genişləndirərək buna cavab verə bilər: 

“Düzdür, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq haqqında Şuşa Bəyannaməsi imzalanıb. Ancaq Türk dövlətlərinin hərbi gücünün genişləndirilməsi və birləşdirilməsi istiqamətində müəyyən işlər görülməlidir. Türk Dövlətləri Təşkilatının vahid hərbi konsepsiyası hazırlanmalıdır. Onun həyata keçirilmə mexanizmləri işlənilməli, işçi qrupları yaradılmalıdır. Təbii ki, hüquqi cəhətdən iki dövlət arasında olan müqaviləyə həlledici təsir göstərmək imkanına malik deyilik. Lakin bu geosiyasi məqamların ölkəmizə qarşı yönəldiyini də başa düşürük. Ona görə də bu fəaliyyətin nəticələrinin qarşısını almaq üçün addımlar atmaq lazımdır”.

Elmir Mustafa 
“Cebheinfo.az

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Yanvar 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see604

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see535

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see406

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see316

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see278

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see274

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see272

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see264

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see263

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see239

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see224

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see215

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see212

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see210

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see205

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see197

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see195

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see189

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see177

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri