Qulaq çöpündən istifadə edənlərin nəzərinə Kar ola bilərsiniz
Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qulaq çöpləri qulağı təmizləmək üçün geniş istifadə olunsa da, əslində bir çox sağlamlıq mütəxəssisi tərəfindən tövsiyə edilmir.
Medicina.az xəbər verir ki, qulaq təmizləyici çöplərdən istifadə edənlər əslində fərqində olmadan qulaqlarına zərər verə bilərlər.
Qulaq çöplərindən istifadə qulaq kirini daha dərinə itə bilər, tıxanmaya, qıcıqlanmaya və hətta eşitmə itkisinə gətirib çıxarar.
Qulaq kirini daha dərinə itir
Qulaq kirini çıxarmaq əvəzinə, qulaq çöpləri tez-tez onu daha dərinə itələyir. Bu, qulaq kanalında tıxanmalara və eşitmə itkisinə səbəb ola bilər.
Qulaq pərdəsini zədələyə bilər
Qulaq kanalına çox daxil edilən çubuq qulaq pərdəsini zədələyə bilər. Bu, ağrıya, eşitmə itkisinə və hətta daimi zədələr yaradar.

Qulaqda qıcıqlanma və infeksiya riski yaradır
Pambıq çöplər qulaq kanalının zərif dərisini qıcıqlandıra və kiçik yaralar yarada bilər. Bu yaralar bakteriyaların böyüməsi üçün uyğun mühit yaradaraq infeksiyalara səbəb ola bilər.
Bədənin təbii təmizləmə mexanizmini pozur
Qulaq kiri əslində qulağı qoruyan təbii bir maddədir. Toz və yad cisimlərin içəri girməsinin qarşısını alaraq qulaq kanalını sağlam saxlayır. Bu balansı pambıq çöplərlə pozmaq qulaqda quruluq və qıcıqlanmaya səbəb ola bilər..
Aygün
Medicina.az
Baxış sayı:125
Bu xəbər 29 Mart 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















