Quldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirib
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Somali quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Associated Press (AP) Hind okeanında Dəniz Təhlükəsizliyi Mərkəzinə (MSCIO) istinadən məlumat yayıb.
"Azini" adlı gəmi Somalinin şimal-şərq sahillərində, Bandar-Beyla və Hafun şəhərləri arasındakı ərazidə ələ keçirilib.
Puntlend muxtar regionunun dəniz polisindəki mənbənin məlumatına görə, gəmidə 21 İran vətəndaşı və iki somalili mühafizəçi olub. Hücumda 12 quldur iştirak edib. Ekipaj üzvlərinin hazırkı vəziyyəti barədə hələlik məlumat yoxdur.
MSCIO xəbərdarlıq edib ki, ələ keçirilən gəmidən ticarət gəmilərinə hücumlar üçün üzən baza kimi istifadə oluna bilər.
Avropa İttifaqının "Atalanta" hərbi-dəniz əməliyyatı insidentlə bağlı araşdırmaya başlayıb. Əməliyyatın rəhbərliyi bölgədəki gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 Noyabr 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















