Icma.az
close
up
RU
Qulu Məhərrəmli: Ailə mədəniyyəti telekanalının yaradılmasına ehtiyac yoxdur

Qulu Məhərrəmli: Ailə mədəniyyəti telekanalının yaradılmasına ehtiyac yoxdur

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin  iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı deyib ki, Azərbaycanda Ailə mədəniyyəti telekanalı olmalıdır.
Demokrat.az-a açıqlamasında əməkdar jurnalist, filologiya elmləri doktoru  Qulu Məhərrəmli deyib ki, bu gün Azərbaycanda ailə dəyərlərinin qorunması, ailənin bir institut və milli-mənəvi dəyər kimi yaşadılması, onun əsrlər boyu formalaşmış qayda və prinsiplərinin saxlanılması olduqca vacib və önəmli bir məsələdir:
“Ailə cəmiyyətin təməlidir və onun sağlam olması bütövlükdə cəmiyyətin rifahına, gələcək nəsillərin tərbiyəsinə birbaşa təsir göstərir. Düşünürəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə müəyyən işlər görür və bu mövzular müxtəlif platformalarda müzakirə olunur. Xüsusilə də televiziya verilişlərində ailə ilə bağlı problemlərə tez-tez toxunulur. Bu verilişlərdə bəzən çox dəyərli və maarifləndirici fikirlər səslənsə də, bəzən də ailə məfhumuna zidd olan, hətta lüzumsuz müzakirələr aparılır ki, bu da ictimai zövqə və ailə institutuna mənfi təsir edə bilər. Eyni zamanda sosial şəbəkələrdə də ailə dəyərləri ilə bağlı müzakirələr geniş yer alır. Amma bütün bunlara baxmayaraq,  hesab edirəm ki, hazırda Azərbaycanda xüsusi olaraq “ailə mədəniyyəti” mövzusuna həsr olunmuş ayrıca bir televiziya kanalına ehtiyac yoxdur. Bunun əvəzinə mövcud televiziya kanallarında müəyyən saatlarda, həftəlik verilişlər şəklində bu məsələlərə diqqət ayrılması kifayətdir. Əsas odur ki, bu mövzular peşəkar səviyyədə, cəmiyyətin mənəvi dəyərlərinə uyğun şəkildə işıqlandırılsın. Yəni məqsəd ailə institutunun zəruriliyini vurğulamaq, ailə üzvləri arasında münasibətləri gücləndirmək və sağlam ailə modelini təşviq etməkdirsə, bunun üçün mövcud mediada resurslardan istifadə etməklə effektiv nəticələr əldə etmək mümkündür. Bu sahədə daha çox maarifləndirmə, mütəxəssislərin iştirakı və düzgün yönləndirmə daha faydalı ola bilər”.
Leyla Turan 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see142

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see140

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see137

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see135

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see134

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see129

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see126

Aİ Qəzzada dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb

04 Oktyabr 2025 14:33see125

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see125

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see124

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see123

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see122

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see122

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see122

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see121

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see121

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see121

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see121

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see120

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri