Icma.az
close
up
RU
Qulu Məhərrəmli: Güneydə ana dilində məktəblərin açılması...

Qulu Məhərrəmli: Güneydə ana dilində məktəblərin açılması...

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Ölkə Prezidentinin yerli telekanalların əməkdaşlarına verdiyi müsahibə bir neçə cəhətdən maraq doğurur. Bu müsahibədə ilk növbədə dünyada baş verən proseslərlə bağlı mühüm mesajlar, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq və bərpa işləri, ölkə daxilində ictimai-siyasi vəziyyət və digər aktual məsələlərlə yanaşı, əlbəttə ki,  ana dili problemi də xüsusi diqqət çəkir”. 

Bunu “Cebheinfo.az”-a açıqlamasında Əməkdar jurnalist, professor Qulu Məhərrəmli Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsindən danışarkən edərkən deyib. 

O bildirib ki, son illərdə Prezidentin imzaladığı sənədlər, eləcə də çıxış və müsahibələrində ana dili ilə bağlı səsləndirdiyi fikirlər bu mövzunun daha açıq, geniş şəkildə şərhi kimi qiymətləndirilə bilər:

“Burada məsələyə bir neçə aspektdən yanaşmaq mümkündür. İlk növbədə ana dilinin düzgün işlədilməsi, dilin statusu, dil daşıyıcıları ilə dil arasındakı münasibət, ana dilinə sevgi, onun qaydalarının qorunması və inkişaf etdirilməsi, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların öz ana dillərinə münasibəti və bu münasibətin dəyişdirilməsinə yönəlmiş çağırışlar ön plana çıxır.

Dilin daxili inkişafı, alınma sözlər və onların işlənməsi ilə bağlı qaldırılan məsələlər isə xüsusi araşdırma tələb edən ciddi mövzular sırasındadır. Bu gün Azərbaycan dili müxtəlif basqılara məruz qalır. Burada həm xarici dillərin təsiri, həm ictimai-siyasi proseslər, həm də texnologiyanın inkişafı ilə dilə daxil olan yeni terminlər və onların istifadəsi ilə bağlı problemlər mövcuddur. Bütün bu məsələlər Prezidentin müsahibəsində geniş şəkildə əksini tapıb”. 

Professor qeyd edib ki, ən diqqətçəkən məqamlardan biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların ana dilində təhsili məsələsidir:

“Xüsusilə Cənubi Azərbaycanda ana dilində məktəblərin yaradılması mövzusu kifayət qədər açıq və aydın şəkildə ifadə olunub. Bu istiqamətdə atılacaq addımların vacibliyi bir daha vurğulanır. Qeyd etmək lazımdır ki, Prezident bu məsələlərə əvvəllər də dəfələrlə ciddi şəkildə toxunub. 

Bütün bunların hamısı nəyə gətirib çıxardır? Ana dili milli varlığın və milli kimliyin əsas göstəricisidir. Bu, birmənalı şəkildə belədir. Digər tərəfdən, dil daşıyıcıları öz dillərinin saflığını qoruyub saxlamalıdır. Dil kənar təsirlərin güclü təzyiqi altına düşməməlidir. Prezidentin də vurğuladığı kimi, bu cür proseslər nəticəsində dil zamanla özünəməxsusluğunu itirə, sıradan çıxa bilər. Məhz buna görə də dilin qaydalarının qorunması son dərəcə önəmlidir.
Ümumilikdə, dövlət başçısı səviyyəsində dil məsələlərinin bu qədər aydın və konkret şəkildə gündəmə gətirilməsi olduqca əhəmiyyətlidir. Televiziyalar, radiolar, mətbuat orqanları, xüsusilə də xəbər saytları bu məsələlərə qarşı daha həssas yanaşmalıdırlar. Çünki ana dili milli varlığımızın ifadəsidir və onu qorumaq hər bir qələm sahibinin və vətəndaşın borcudur. Prezidentin bu müsahibəsi də cəmiyyəti məhz buna çağırır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Yanvar 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri