Icma.az
close
up
RU
Qumar və alkoqol asılılığı: Müasir cəmiyyətin görünməyən təhlükəsi

Qumar və alkoqol asılılığı: Müasir cəmiyyətin görünməyən təhlükəsi

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Qumar və alkoqol asılılığı müasir dövrdə cəmiyyətin üzləşdiyi ən ciddi psixoloji və sosial problemlərdən biridir. Bu vərdişlər təkcə fərdi deyil, ailəni və bütövlükdə ictimaiyyəti də əhatə edən dərin fəsadlar yaradır. Narkotik maddələr, spirtli içkilər və qumar kimi stimullaşdırıcı davranışlar beyində müvəqqəti həzz hissi yaradan dopamin ifrazını artırır və bu proses zamanla asılılığa çevrilir. Bu asılılıq fərdin həyat keyfiyyətini aşağı salır, onu maddi və mənəvi tənəzzülə sürükləyir.
Araşdırmalar göstərir ki, qumar və alkoqol asılılıqları çox vaxt yanaşı müşahidə olunur və bir-birini gücləndirən amillər kimi çıxış edir. Alkoqol asılılığı olan şəxslərin patoloji qumar davranışları göstərmə ehtimalı orta statistik göstəricidən 23 dəfə çoxdur. Eyni zamanda, qumarla məşğul olan şəxslərin spirtli içkilərə meyillilik səviyyəsi də xeyli yüksəkdir. Hər iki davranış formasında insan beyni eyni mexanizmlə – dopaminin sərbəst buraxılması ilə mükafat hissi yaşayır. Bu, bir müddətdən sonra həmin davranışa qarşı tolerantlığın artmasına və daha yüksək stimullaşdırma axtarışına səbəb olur.
Asılılıq yarandıqdan sonra şəxs bu davranış üzərində nəzarəti itirir, mənfi nəticələrə baxmayaraq onu davam etdirməyə çalışır. Zamanla bu davranış həyatın prioritetinə çevrilir, şəxs qumar oynamaq və ya içki içmək üçün fürsət axtarır, planlar qurur. Bu fəaliyyətlər dayandırıldıqda isə fiziki və emosional narahatlıqlar meydana çıxır. Nəticədə insan ailəsi ilə münasibətlərdə problemlər yaşayır, maliyyə çətinlikləri ilə qarşılaşır, iş və təhsil həyatında uğursuzluqlarla üzləşir.
Əvvəllər qumar və alkoqol asılılığı daha çox şəhər mühitində rast gəlinirdisə, son illərdə bu problemlər regionlarda da yayılmağa başlayıb. Əsas səbəblərdən biri asudə vaxtın düzgün təşkil olunmamasıdır. Faydalı və inkişaf etdirici fəaliyyətlərə çıxışı olmayan gənclər zamanla riskli və zərərli vərdişlərə meyl edirlər. Rəqəmsal mediada qumar və alkoqollu içkilərlə bağlı reklamların artması da bu meyilləri gücləndirir. Gənc nəsil bu cür məzmunlara tez-tez məruz qalaraq onları normallaşdırır və davranış modeli kimi qəbul edir.
Qumar və alkoqol asılılığına qarşı mübarizə təkcə fərdi terapiya və tibbi müdaxilələrlə həll olunmamalıdır. Bu problemin həlli kompleks yanaşma tələb edir. Cəmiyyətin maarifləndirilməsi, gənclər üçün alternativ və faydalı asudə vaxt imkanlarının yaradılması və ailələrin bu prosesə aktiv şəkildə cəlb olunması əsas prioritetlərdəndir. Xüsusilə regionlarda bu sahədə fəaliyyət mərkəzlərinin qurulması, gənclərin maraqlarına uyğun inkişaf proqramlarının hazırlanması, psixoloji və sosial dəstək sistemlərinin gücləndirilməsi vacibdir.
Əks halda, bu vərdişlərin normal davranış kimi qəbul olunması və yayılması gələcək nəsillərin sağlamlığına və cəmiyyətin rifahına ciddi təhdid yarada bilər. Bu baxımdan vaxtında atılan addımlar, düzgün strategiya və ictimai səviyyədə görülən tədbirlər vəziyyətin daha da dərinləşməsinin qarşısını almaqda həlledici rol oynaya bilər.
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi.
Sədr müavini: Gülnar Nəsibli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Avqust 2025 00:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri