Icma.az
close
up
RU
"AYNA, insanları zinhara gətirmisiniz" Partiya sədrinə qanunsuz cərimə yazılıb?

"AYNA, insanları zinhara gətirmisiniz" Partiya sədrinə qanunsuz cərimə yazılıb?

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


"Bu günə qədər “AzParking” şirkəti bir dəfə də olsun, nə qədər pul yığdığını, bu vəsaiti hara və necə xərclədiyini açıqlamayıb".

Bakupost.az xəbər verir ki, bunu REAL sədri Natiq Cəfərli bildirib.

O qeyd edib ki, Azərbaycanda 1,5 milyon avtomobil var, bunlardan, təxminən, 1 milyonu Bakıdadır:

"Ən konservativ yanaşma ilə bu avtomobillərin 200-250 mini şəhərdəki parklanma yerlərindən istifadə edir. Yenə minimuml götürsək, ayda ən azı 10 manat “AzParking”ə vəsait ödəyir ki, bu da, ayda 2,5 mln., ildə isə 30 mln. manat pul deməkdir. AYNA gün ərzində ən azı 5000 parklanma ilə bağlı cərimə yazsa və bu vəsaitin 50%-nin onlara ödənildiyini nəzərə alsaq (əsasnamələrində elə yazılıb), bu da aya 1,5 mln., ilə 18 mln. manat vəsait edir.

Yəni, ən aşağı rəqəmlərlə hesablasaq ildə avtomobil sahibləri “AzParking”-ə 48-50 mln. manat pul ödəyirlər, əslində bu rəqəm, çox güman daha çoxdur, sadəcə, çıxsınlar rəsmi rəqəmləri elan etsinlər ki, hamımız da görək".

N.Cəfərli daha sonra bildirib ki, ölkə üzrə bütün bələdiyyələrin illik büdcəsi cəmi 51 milyon manatdır:

"Bələdiyyələr dilənçi günüdədirlər. Mən vətəndaş və avtomobil sahibi olaraq parklanma üçün ödəniş, qaydanı pozanda cərimə ödəməyə hazıram – amma bu pulların məmurlara deyil, bələdiyyələrə getməyini istəyirəm. “AzParking”in 800 işçisi var (rəhbərliyi saymıram), onların aylıq maaşı 700-800 manatdır ki, bu da maaş fondunun aylıq cəmi 560-600 min manat olduğunu göstərir:

"İlə 6-7 milyon manat işçilərin maaş fondu edir ki, onların halal xoşları olsun, 800 manata həftədə 6 gün, səhət 07:00-dan 22:00-a qədər çalışırlar. Yəni, parklanmadan toplanan vəsaitdən onların maaşlarını çıxsaq, ölkənin bütün bələdiyyələrinin büdcəsini, az qala iki dəfə artırmaq olar. Hə, hörmətli AYNA məmurları, sizin işinizə də mütləq ayna tutmaq, güzgüdə özünüzü görmənizə çalışmaq lazımdır – çıxın siz də rəqəmləri elan edin, bəlkə səhv hesablamışam, bəlkə sizin deməyə başqa sözünüz var, buyurun, hodri meydan..."

Qeyd edək ki, bundan əvvəl Natiq Cəfərli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ona qanunsuz cərimə yazdığını bildirib. Onun sözlərinə görə, parkinq xidmətindən istifadə etmədiyi halda AYNA tərəfindən 20 manat cərimələnib. O, AYNA-nın aprelin 19-da yazdığı inzibati protokolla bağlı məhkəməyə müraciət edəcəyini bildirib:

“İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istədiyi kimi xərcləyən AYNA, sizdən mesaj aldım, bugünkü tarixdir. Bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında park etmişəm. Ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur, maşın 7 saatdır ofisin qarşısındadır. Çağrı mərkəzinizə zəng etdim, 4 dəqiqə gözlətdiniz, sonra qapatdınız.

Sizi məhkəməyə verəcəyəm, yetər artıq, insanları zinhara gətirmisiniz”.


Zaur,BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Aprel 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri