"Bakıda yaxşı oyun keçirəcəyik” “Hapoel in baş məşqçisi
Icma.az bildirir, Qol.az portalına istinadən.
“Hapoel"in baş məşqçisi Ran Kojuk Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri ilk oyun haqda danışıb.
QOL.az sport5.co.il-ə istinadən xəbər verir ki, mütəxəssis görüşdən sonra açıqlamasında Bakı təmsilçisi haqda xoş sözlər deyib:
“Qələbəyə görə xoşbəxtəm. Amma bu, yolun yalnız yarısıdır. Futbolçularımın oyunundan razıyam. Onlar çox çalışdılar. “Sabah”ın erkən qolu? Buna hazırlaşmışdıq. "Sabah" əks-hücuma çıxmağı çox yaxşı bacaran komandadır. Qol epizodunda səhvə yol verdik. Köməkçim Ben Binyaminə baxıb dedim ki, dəqiq oynamalıyıq. “Sabah”ın üstünlükləri var və onlar bundan istifadə etməyi bacarırlar. Komanda bu cür epizodlar üçün çox yaxşı hazırlanıb”.
Mütəxəssis hesabda geridə olmaqlarına baxmayaraq, geridönüş etməklərindən də söz açıb. O, bu qələbəyə görə arxayınlaşmayacaqlarını söyləyib: “Bizim fəlsəfəmiz rəqibi öz tərəfində saxlamaq və çoxsaylı oyunçu ilə təzyiq göstərməklə təhlükəli epizodlar yaratmaqdır. “Sabah”ın yaxşı imkanları var idi. Matçı analiz etməli, nəyin üzərində işləməli olduğumuzu anlamalıyıq. “Sabah”la Bakıda oynayacağıq. Çətin görüş olacaq. Ötən mərhələdə “Orhus” evdə 2:1 hesabı ilə qalib gəldi, sonra “Sabah”a 0:4 hesabı ilə uduzdu. Rəqibimizə hörmətlə yanaşırıq, təvazökar qalacağıq. Ümid edirəm ki, Bakıda yaxşı oyun keçirəcəyik”.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 20 Avqust 2026 03:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















