Icma.az
close
up
RU
"Bu, doğru yanaşma deyil" Tarixçi alımdən Ərdoğanın fikirlərinə REAKSİYA

"Bu, doğru yanaşma deyil" Tarixçi alımdən Ərdoğanın fikirlərinə REAKSİYA

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


“Ortaq türk tarixinin, dilinin yaradılması uğrunda mübarizə apararkən, bizlərin qəlbinə dəyən belə məsələlərə çox toxunulmamasını daha doğru hesab edirəm.”

Bakupost.az xəbər verir ki, bunu tarixçi-alim Boran Əziz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şah İsmayıl Xətai və Çaldıran döyüşü barədə fikirlərinə münasibət bildirərkən deyib.


“Təəssüf ki, son dövrlərdə hansısa səbəbdən türk xalqlarını ayıran, onların arasındakı ziddiyyətli məqamları qabartmağa çalışan fikir və mülahizələr irəli sürülür. Zənnimcə, bu o qədər də doğru yanaşma deyil. Biz Şah İsmayılı da, Sultan Səlimi də, Əmir Teymuru da türk xalqlarının böyük sərkərdələrindən hesab edirik. Şah İsmayıl da xalqımız üçün Səfəvi kimi böyük imperatorluq yaratmış bir şəxs idi. O, öz vəsiyyətində gənclərə tövsiyə edirdi ki, onun dövründə yol verdiyi səhvlər təkrarlanmadan 3 əsas əmanətə - din, dil və torpağa axıra qədər sədaqətli olsunlar. Mən bu cəhətdən çox xırda məsələləri qabartmağı doğru hesab etmirəm.

Peşəkar tarixçilər Çaldıran döyüşü ərəfəsində və sonradan Osmanlı sultanları ilə Səfəvi şahları arasındakı yazışmaları çox gözəl bilirlər. Bu yazışmalarda da günahın kimdə olduğu açıq şəkildə görünür.”

Qeyd edək ki, Sultan Səlim Şah İsmayıl Xətaiyə 3 həqarət dolu məktub yazır. Şah İsmayıl Xətai isə buna cavab olaraq 1 məktub yazır. Sözügedən məktubları diqqətinizə çatdırırıq.

Sultan Səlim yazır:

(3-cü məktubdan)

“….Bu əsnada səndən bizə qarşı gizlin və ya aşkar, xeyir və ya şər olmasından aslı olmayaraq, cəsarətə eyham vuran bir vəziyyət müşahidə edilməmişdir. Xüsusilə də hazırda Azərbaycanda olan dağ və təpələrdə qalib ordumun dördayaqlılarının dırnaq izi aypara ilə dolu səmaya dönmüşkən, hələ ki, nə səndən bir səs-soraq var, nə də gözə dəyirsən. Elə yox olmusan ki, varlığın ilə yoxluğun arasında bir fərq yoxdur. Qılınc davası edənlərin qalxan kimi bəlalara sinə gərmək peşələri olmalı, ağalıq iddiası edənlərin dəbilqə kimi ox və nizə zərbələri ilə qarşılaşmaq qorxusu olmamalıdır.


Təhlükəsiz yerdə pərdə arxasında gizlənənləri ər adlandırmaq xətadır. Ölümdən qorxanların qılınca qurşanıb ata minməsi isə bəyənilməz haldır.


Ölümə doğru getməkdən kimsə qaçırsa

Zorla dartıb ölümə doğru yerindən tərpədərlər.


Belə bir vəziyyətdə gizlənərək bir küncə sıxılıb gözə görünməmənin səbəbi böyük ehtimalla müqayisəolunmaz dərəcədə güclü qoşunumdan qorxub çəkinməkdir. Elə isə belə bir ehtimalın (səndəki qorxunun) aradan qaldırılması üçün 40 min nəfərdən ibarət igid əsgərin ordumdan ayrılaraq Qeysəriyyə ilə Sivas arasında düşərgə salmasına əmr etdim. Düşmənə at oynatması və meydanı boş görməsi üçün bu qədər fürsət verilə bilər və bundan artıq olmaz. Əgər səndə az da olsa qeyrət və cəsarət varsa, gəlib şanlı və qalib əsgərlərimlə qarşılaşırsan…”

Şah İsmayıl Səlimə cavab yazır:

(Səlimin 3-cü məktubuna cavab)

….Sultanlara yaraşmayan ifadələrə gərək yoxdur. Şübhəsiz ki, həmin dinsiz ifadə və fikirlər katiblərinin və tiryək çəkməkdən beyinləri qurumuş mirzələrinin yazdığı uydurmalardır. Bu qədər ləngimənin də bir zərurəti olduğunu düşünürəm. Buna görə də möhürümüzlə möhürlənmiş xüsusi keyfiyyətli qızıl ilə dolu mücrünü (qutunu) ən yaxın və etimad etdiyimiz Şahqulu ağa, – ruzisi bol olsun, – ilə birlikdə göndərdim ki, əgər lazım olarsa istifadə edərsən. Tezliklə gəlib çıxacaqdır. Allahın köməyi ilə qəzavü-qədərdə nə yazılıbsa, o da baş verəcəkdir. Amma kiminsə sözünə əhəmiyyət vermədən ciddi şəkildə düşün ki, sonrakı peşmançılıq fayda verməz.


Bu məktub biz İsfahan torpaqlarında ov edərkən yazıldı. Sizinlə dərhal qarşılamağa tədarük görməyə başlamaqla yanaşı, dostcasına cavab yazdıq ki, istədiyiniz kimi hərəkət edəsiniz (seçim sizindir).


Səni çox incitmədən “heç bir günahkar başqasının günahını daşımaz” (Ənam,164) demək istəyirəm ki, əgər (bu) iş müharibə ilə nəticələnəcəksə, süstlük edib yubanma. Lakin sonunu da düşün. Vəssalam!..”

Bu məktublardan sonra “Çaldıran” döyüşü baş verdi.


Aysel,
BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 May 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri