"Cənubi Qafqazı sülh bölgəsinə çevirə bilərik" Mövlud Çavuşoğlu
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakupost.az xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, deputat Mövlud Çavuşoğlu “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmini” mövzusunda təşkil edilən İkinci Beynəlxalq Konfransda bildirib.
M.Çavuşoğlu deyib ki, Qərbi azərbaycanlıların tələbləri torpaq yox, insan haqları məsələsidir. İcmanın fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur.
“Bütün Azərbaycan cəmiyyəti bu olanlardan təsirlənib. Bütün olumsuz şərtlərə rəğmən biz həmişə ədalətin qalib gələcəyi ümidini qoruduq. 30 ildən çox işğaldan sonra o torpaqlarda yenidən Azərbaycan bayrağının dalğalanması qürur mənbəyimiz oldu. Türkiyə olaraq bu dönəmdə can Azərbaycanın haqlı davasının yanında olduq.
Azərbaycan sadəcə bizim qardaşımız olduğu üçün yox, həm də haqlı olduğu üçün yanında olduq. Sülhün təsis edilməsi rifaha gətirib çıxaracaq. Geri qayıtma haqqı təməl insan hüququdur. Cənubi Qafqazı sülh bölgəsinə çevirə bilərik”, - deyə M.Çavuşoğlu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 05 Dekabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















