Icma.az
close
up
RU
"Erməni təxribatlarının məqsədi cavab reaksiyasına nail olmaqdır" Politoloq

"Erməni təxribatlarının məqsədi cavab reaksiyasına nail olmaqdır" Politoloq

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


"Bu günlərdə Paşinyan belə bir fikir səsləndirib ki, onun nəzarətində olmayan qüvvələr təxribat törətməkdə maraqlı ola bilərlər. Paşinyanın öz mövqeyində tez-tez sərt transformasiyalara yol verdiyinin şahidi olmuşuq. Bu, ümumiyyətlə Ermənistanın özünəməxsus ənənəvi siyasi xəttidir. Bir tərəfdən, sülhdən danışır, digər tərəfdən isə sülhün əldə olunmaması üçün hər cəhd edir. Eyni zamanda təxribatlar törədir. Keçmiş münaqişə vəziyyətində də Ermənistanın bu cür davranışlarını tez-tez müşahidə edirdik. Bu baxımdan Ermənistan tərəfi birincisi, özlərini sülhpərvər obrazda dünyaya təqdim etməyə çalışır, eyni zamanda da sülhün olmaması üçün əlindən gələni edir".

Bunu Bakupost.az -a politoloq Elşad Mirbəşiroğlu bildirib.

Onun fikrincə, Ermənistanın sülhdən danışmasında həlledici amil Azərbaycanın mövqeyinin güclü olmasıdır:

"Azərbaycan öz ərazilərini Ermənistanın işğalından tam azad etdi, bütün əraziləri boyunca suverenliyini etibarlı və dönməz şəkildə təmin etdi. Bu gün Cənubi Qafqaz regionunda cərəyan edən proseslər Azərbaycanın nəzarəti altındadır. Yəni Azərbaycanın iradəsi olmadan Cənubi Qafqaz regionunda hansısa prosesin cərəyan etdiyini söyləmək mümkün deyil. Müvafiq olaraq Ermənistan Azərbaycanın güc mövqeyinə tabedir. Azərbaycan sülh gündəliyini başlayıb və irəli aparmaqdadır”.

E.Mirbəşiroğlu qeyd edib ki, Ermənistan indi həm sülh ritorikasına üstünlük verir, həm də imkan düşdükcə Azərbaycana qarşı təxribatlar törədir:

“Burada başlıca məqsəd Azərbaycanın cavab reaksiyasına nail olmaqdır. Yəni Ermənistan çalışır ki, Azərbaycanın əleyhinə öz havadarlarının siyasi hücumlarını təşkil etsin və dünyaya nümayiş etdirsin ki, guya Ermənistan sülh istəyir, amma Azərbaycan tərəfi əks mövqedədir. Paşinyan belə bir beynəlxalq ictimai rəy formalaşdırmağa çalışır. Amma Azərbaycanın hərbi gücü ilə yanaşı diplomatik gücü də var. Biz də müvafiq dairələrdə hər zaman özümüzün ədalətli və sülhpərvər mövqeyimizi sübut etməyi bacarırıq. Sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü çox ədalətli şərtlər var və onlara əməl olunmalıdır. Düzdür, Paşinyan deyir ki, sülh sazişinin imzalanması ilə bərabər ATƏT-in Minsk qrupunun buraxılması haqqında sənəd də imzalana bilər. Paşinyanın bir oyunu da ATƏT-in Minsk qrupunun buraxılması üçün müraciətə mane olmaqdır. O, ATƏT-in Minsk qrupunun buraxılmasını da sülh sazişinə bağlayır. Bu da onun qeyri-səmimiliyindən xəbər verir”.

Sevinc,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Aprel 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri