Icma.az
close
up
RU
"İki yeni futbolçuya ehtiyacımız var" Tahir Gözel

"İki yeni futbolçuya ehtiyacımız var" Tahir Gözel

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel

"Qarabağ" klubunun prezidenti Tahir Gözel komandasının Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Kiyev "Dinamo"suna qalib gələrək pley-offa adlaması haqda danışıb.

QOL.az-ın məlumatına görə, ilk görüşdə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi cavab oyunundakı 2:0 hesablı üstünlük sayəsində növbəti mərhələyə yüksəlib. T.Gözel isə əvvəlcə matçı şərh edib və daha sonra jurnalistlərin suallarını cavablandırıb: 

"Bəli, möhtəşəm bir oyun keçdi. Fürsətlərimiz də çox idi, bir neçəsini dəyərləndirə bildik. “Dinamo” çox böyük, dünyada tanınmış bir komandadır. SSRİ dövründə 13 dəfə çempion olublar. Çox arzulayırdım ki, qələbə qazanaq. Şükürlər olsun, bacardıq. Çox sevincliyəm".

O, komandanın tam formalaşması üçün vaxta ehtiyac olduğunu deyib: “Keçən dəfə mən arzuladığımı bir daha təkrar edirəm. Siz də görürsünüz ki, “Qarabağ” hər oyunda daha da güclənir. Hətta dəqiqələr belə fərq yaradır. Bu komanda möhtəşəm komandadır. Mükəmməl bir heyət yığılıb. Bir az vaxt lazımdır. Bir neçə oyun... Ondan sonrakı oyunlarda daha çox inamlı bir komanda görəcəyik".

Tahir Gözel  daha iki yeni oyunçuya ehiyac olduğunu bildirib: "Hesab edirəm ki, hələ də çatışmazlıqlar var. Yenə də axtarışdayıq. İki futbolçuya ehtiyacımız var. Biz çox iddialıyıq. Tam rəhbərlik dəstəyi var. Hər şey Qurban hocanın fikrindən asılıdır. Amma tam əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var".

O, "Ötən mövsüm "Qarabağ" Çempionlar Liqasında oynayanda bu barədə söhbətimiz olmuşdu ki, komanda Konfrans Liqasında mübarizə aparsa, ən az finala qədər irəliləyər" fikrinə münasibət bildirib: "İnşallah. Mən bu komandaya həqiqətən inanıram. Bugünkü “Qarabağ”ın oyununa, keyfiyyətinə baxdınızmı? Bu artıq doğrudan da Avropa səviyyəsində bir oyundur. Bizə zaman lazımdır. İki-üç oyun keçəndən sonra hər şey tamamlanacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qol.az
archiveBu xəbər 14 Avqust 2026 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri