Icma.az
close
up
RU
"İran meydanda tək qaldı, müharibəni uduzdu" Tofiq Zülfüqarov

"İran meydanda tək qaldı, müharibəni uduzdu" Tofiq Zülfüqarov

Icma.az bildirir, Bakupost portalına istinadən.


Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi İranla atəşkəsin əldə olunması ilə bağlı bəyanat yayıb. Bildirilib ki, əməliyyatın məqsədlərinə nail olunduqdan sonra ABŞ Prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılıq verilib.


“İsrail atəşkəsin istənilən pozulmasına güclə cavab verəcək”, - deyə bəyanatda vurğulanıb.


Lakin bir neçə saat sonra atəşkəs pozulub. İsrail Müdafiə Ordusunun Mətbuat Xidmətinin yaydığı məlumata görə, İrandan İsrail ərazisinə yeni raket buraxılışı qeydə alınıb. Bildirilib ki, ölkənin bir sıra bölgələrində hava hücumu ilə bağlı xəbərdarlıq elan olunub. Ordu İsrailin şimal hissəsinin raket atəşinə tutulduğunu açıqlayıb.


İsrailin müdafiə naziri İsrael Kats isə baş verənlərə münasibət bildirib.


“İranın, ABŞ Prezidentinin elan etdiyi atəşkəs rejimini kobud şəkildə pozması və İsrailə doğru raketlər atması fonunda, həmçinin istənilən pozuntuya qətiyyətlə cavab vermək niyyətində olan İsrail hökumətinin siyasətinə uyğun olaraq, mən İsrail Müdafiə Qüvvələrinə baş nazirlə koordinasiyalı şəkildə Tehrana qarşı intensiv hücum əməliyyatlarını davam etdirməyi tapşırdım”, - bəyanatda qeyd olunub.


Bundan sonra, TASS-ın məlumatına görə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail ərazisinə raket zərbələrinin endirildiyinə dair məlumatları təkzib edib.

Müharibənin nəticələrini Bakupost.az-a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, hərbi nəticələrə nəzər yetirdikdə bu müharibənin təkcə İsrailin deyil, bütövlükdə Qərb koalisiyasının müharibəsi olduğu aydın görünür:

“Daha geniş bir koalisiyadan danışa bilərik. Çünki ərəb ölkələri də anti-İran koalisiyasının üzvləridir. Müharibənin sonuncu mərhələsində biz gördük ki, İranın hərbi hava qüvvələri demək olar ki, iştirak etmədi. Onlar müharibəyə hazır deyildilər. Hava hücumundan müdafiə sistemi məhv edilib, İranın nüvə obyektlərinə zərbələr endirilib, raket proqramına aid müəssisələr vurulub. Hərbi komandanlıq baxımından müxtəlif rəqəmlər deyilir, amma 20-30 faizədək aktiv olan hərbi rəhbərlik məhv edilib. Demək olar ki, İran çox böyük zərbələrə məruz qalıb.”

T.Zülfüqarovun sözlərinə görə, İsrailin Baş naziri Binyamin Netanyahu hərbi əməliyyatların sonadək davam etdirilməsinin tərəfdarıdır və verdiyi bəyanatlar da bunu göstərir:

“İndi bu proseslərin sülh çərçivəsində davam etməsi əlbəttə ki, müsbət haldır. Biz görürük ki, Qərb koalisiyasının və İsrailin üç əsas hədəfi var idi - nüvə proqramı, raket proqramı və bir də rejimin dəyişdirilməsi. Danışıqların da xüsusiyyəti ondadır ki, Tramp dəfələrlə “ultimatum” terminindən istifadə etdi. Yəni müəyyən şərtlər irəli sürürdü. Danışıqlar baş verirsə, deməli, bu məsələlər yenə də Qərb koalisiyasının təzyiqi altında davam edəcək”.

T.Zülfüqarov qeyd edib ki, İran bu prosesdə tək qalıb:

“Biz görürük ki, İranın yanında heç bir müttəfiqi olmayıb. Nə Rusiya, nə də Çin ona kömək edib. Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlar da bunu təsdiq edir. Bu məsələdə heç kim İranı dəstəkləmədi. oldu. Çünki neftin və digər enerji daşıyıcılarının əsas ixrac ünvanı Çindir. Hörmüz boğazını bağlayarkən İran əslində zərbəni Çinə endirirdi.Yəni biz görürük ki, İranın yanında heç kim olmadı. Bu baxımdan indidən demək olar ki, hərbi əməliyyatlarda İran uduzub və ona qarşı təzyiqlər davam edəcək.”

Lalə Novruz,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri