Icma.az
close
up
RU
"Özbaşına tikililər"ə şərait yaradanlar o evləri niyə "kupça"laşdırmır?! EKSPERTDƏN SƏRT SÖZLƏR

"Özbaşına tikililər"ə şərait yaradanlar o evləri niyə "kupça"laşdırmır?! EKSPERTDƏN SƏRT SÖZLƏR

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycanda tikintiyə icazə və nəzarəti həyata keçirən bir neçə orqan var. Bunlar İcra hakimiyyəti, Bələdiyyələr, FHN (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onunla bağlı qurumlardır (struktura daxil bir neçə qurum).

Bakupost.az xəbər verir ki, bunu ReAL partiyasının sədri Natiq Cəfərli qeyd edib.

O, həmçinin Nazirlər Kabinetinin bununla bağlı qərarı da var, qərarın 3.1 maddəsindən sitat gətirib:

"Obyektin tikilməsinə icazə verilməsi mərhələsində: yerli icra hakimiyyəti və ya özünüidarəetmə orqanı tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əvvəlcədən razılaşdırılmış və obyektin tikilməsinə icazə verilməsi haqqında qəbul edilmiş sərəncamın və ya qərarın bir nüsxəsi obyektə aid memarlıq-planlaşdırma göstərişləri və mühəndis kommunikasiyalarına qoşulmanın texniki şərtləri əlavə olunmaqla Agentliyə göndərilir.

Dahası da var: tikintiyə “texniki şərt” mərhələsində “Azərsu” (köhnə adı), “Azərqaz” (SOCAR), “Azərenerji” (və ya şəhər-rayon enerji idarələri) müdaxilə-çətinlik yaradır.

Bunu da keçdik, bunlar rəsmi/icazəli müdaxilə etməyə (oxu: ”sağmağa”) icazəsi olan qurumlardır, amma qeyri-rəsmi müdaxilə imkanı olan hüquq-mühafizə orqanlarını da bu siyahıya əlavə etmək lazımdır.

Sonra da deyirik ki, Azərbaycanda mənzil niyə bahadır?!

Bu mövzuya nədən toxunmaq istədim, onu da deyim – xəbər oxudum, sitat: Azərbaycanda özbaşına tikintilərin tənzimlənməsi üçün yeni sənəd hazırlanır. Bu ayın sonuna qədər Azərbaycanda özbaşına tikintilərlə bağlı mövcud vəziyyətin nizamlanmasını nəzərdə tutan normativ hüquqi akt layihəsi və digər əlaqəli sənədlər aparılmış təhlillər əsasında hazırlanaraq aidiyyəti üzrə təqdim olunacaq.

Yəni, özbaşına tikililərlə bağlı nəsə hazırlanır - əslində, “özbaşına” sözü əla sözdü, sadəcə bizim hökumət bu sözü “sevmir”, ÖzBaşına, yəni öz başı ilə iş görmək deməkdir ki, bu da yaxşıdır.

Sözümüz canı budur ki, yuxarıda yazdığım kimi, Azərbaycanda tikintiyə bu qədər orqan nəzarət edir, amma, “özbaşına tikililər” var – niyə?! Bəs bu orqanlar hara baxırdı?! Nəyin müqabilində “göz yumurdu”?! Bu qədər nəzarətedici orqan, sərt qanunlar olan ölkədə 500 min sənədsiz ev, mənzil necə ərsəyə gəldi?! Yaxşı, insanlar dövlətə, bir növ, yardım ediblər, öz mənzil problemlərini dövlətin MANİƏLƏR yaratmasına rəğmən həll ediblər, özlarinə yuva qurublar, Dövlət də onlara su-qaz-işıq satır, deməli onların mülkiyyət hüququnu qismən tanıyırsa nədən bu insanlara sənəd, çıxarış, “kupça” vermirlər?! İndi yeni qaydalar hazırlasalar, bu o deməkdirmi ki, istənilən vətəndaşın “qeyri-qanuni, özbaşına”, tikdiyi evi Dövlət ödəniş etmədən sökə biləcək?! Bu suallar cavab verən bir məmur tapılacaqmı?!"


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Avqust 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri