"Proqnozlar iqtisadiyyat üçün yaxşı heç nə vəd etmir" Millət vəkili
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
"Artıq dünyanın bir sıra ölkələri iqtisadi böhranın acı nəticələrini yaşayırlar. Prosesi tətikləyən səbəblərdən biri isə neftin qiyməti ilə bağlı baş verən sıçrayışlardır. Bu, heç şübhəsiz ki, dünya iqtisadiyyatına, eyni zamanda, ölkəmizin gəlirlərinə də ciddi təsir göstərir”.
Bunu Bakupost.az -a millət vəkili Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, bu prosesin hələ bir müddət davam edəcəyi ilə bağlı proqnozlar dünya iqtisadiyyatına yaxşı heç nə vəd etmir:
“Baş verəcək növbəti böhrandan ölkəmizin sığortalanması və vətəndaşların ciddi əziyyət çəkməməsi üçün hazırda dövlət strukturları sistemli və ardıcıl addımlar atmağa davam edirlər. Heç şübhəsiz ki, bu siyasətin uğurla davam etdirilməsi üçün düzgün büdcə siyasəti və büdcə vəsaitlərinin səmərəli istifadəsi olduqca önəmlidir".
Sevinc,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 23 Aprel 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















