"Tək Azərbaycanda deyil, bütün dünyada ana və uşaq ölümlərinin sayı artıb"
Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Son illər tək Azərbaycanda deyil, bütün dünyada ana və uşaq ölümlərinin sayı artıb. Bizim ölkədə bunun əsas səbəbləri araşdırılır”.
Medicina.az xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu səbəblərin aradan qaldırılması ilə bağlı öz təkliflərini bildirib:
“Ana ölümlərinin ötən il kəskin artmasının səbəblərindən biri Ümumdünya Səhiyyə Təşkilatının tələbinə uyğun olaraq, metodologiyanın dəyişdirilməsi oldu. Biz bunu hər ay kontrol edirik.
Ümid edirik ki, gələn il bu say az olacaq. Bu məsələdə vətəndaşların da bir az məsuliyyətli hərəkət etməsini istərdik. Ana, valideyn məsuliyyətli olmalı, vaxtında müayinələrdən keçməlidir. Xahişimiz və tələbimiz odur ki, hər hansı narahatlıq olarsa, vaxtında müraciət etsinlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 23 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















