"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
İtaliya millisinin baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasının 2-ci turunda Türkiyəyə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, "Sky Sports" nəşrinin məlumatına görə, mütəxəssis komandasını sakit və təmkinli olmağa çağırıb:
“Sakit qalmalı və əsəbiləşməməliyik. Belçika kimi güclü komanda ilə oynadıq. Düşünürəm ki, onlar qələbəyə layiq idilər. İndi isə daha yaxşı oynamaq imkanımız var. Bəzi dəyişikliklər edəcəyik və digər futbolçulara şans verəcəyik. Heyətdə dəyişiklik etməyimizin səbəbi eyni futbolçularla ardıcıl 4 oyun keçirməyin mümkün olmamasıdır. Beləliklə, vacib qarşılaşmalarda bütün oyunçuları qiymətləndirə biləcəyik”.
Qeyd edək ki, İtaliya Millətlər Liqasının ilk turunda Belçikaya 0:2 hesabı ilə məğlub olub. Türkiyə ilə oyun sentyabrın 28-də keçiriləcək və Bakı vaxtı ilə 22:45-də başlayacaq.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 27 Sentyabr 2026 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















