"Ukraynanın təhlükəsizliyinin təmin edilməsində 30 ölkə iştirak edə bilər”
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"30 ölkə Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirak etməyə hazırdır”.
Bakupost.az xəbər verir ki, bunu “Fox News” telekanalına açıqlamasında Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, qoşunlar cəbhə xəttində yerləşdirilməsə də, təminat qismində orada olacaqlar:
“Avropanın 30 lideri və tərəfdaşlarımızla danışmışam, onların əksəriyyəti bu cür sazişdə iştirak etməyə hazırdırlar. Həmin ölkələr Rusiyanın razılaşmaları pozacağı halda ABŞ-dən dəstək siqnalını gözləyirlər”.
Qeyd edək ki, “WSJ” qəzetinin yazdığına əsasən, Böyük Britaniyanın Baş naziri Kir Starmer fevralın 27-də ABŞ Prezidenti Donald Trampa Britaniya və Fransa hərbçilərinin Ukraynada yerləşdirilməsi planının ilkin variantını təqdim edəcək. Bildirilib ki, Starmer avropalı sülhməramlılar üçün təhlükə yarandığı halda ABŞ-nin dəstək göstərməsi məsələsinə nail olmaq niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 25 Fevral 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















