Icma.az
close
up
RU
Qurban kəsiminin uşaqlara təsiri: Görməkmi, görməməkmi?

Qurban kəsiminin uşaqlara təsiri: Görməkmi, görməməkmi?

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Qurban bayramı İslamın ən müqəddəs bayramlarından biridir. Bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da bu bayram təmtəraqla qeyd olunur.

Hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayan və adətən üç gün davam edən mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır.

Lakin qurbanın kəsilmə prosesinə şahidlik etmək azyaşlı uşaqların psixoloji durumuna mənfi təsir göstərə bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, Qurban bayramı ilə bağlı uşaqların psixoloji durumuna təsir göstərə biləcək aspektlər, xüsusən də heyvanın kəsilmə anına şahid olmaları, ciddi və həssas yanaşılması vacib olan bir mövzudur.

Müsahibimiz məsələyə həm psixoloji, həm də sosial baxımdan yanaşmağın lazımlığını bildirir. Dediyinə görə, uşaqların qurban kəsilməsinə verdikləri psixoloji reaksiya onların yaş dövrləri ilə sıx bağlıdır.

E.Rüstəmov izah edib ki, 2-6 yaşlı uşaqlarda empatiya və bioloji anlayışlar tam formalaşmadığı üçün onlar qurban kəsimini travmatik bir səhnə kimi qəbul edə bilərlər:

“Qan görmək, heyvanın səsini eşitmək və onun ölməsini izləmək onlarda qorxu, narahatlıq, yuxusuzluq, aqressiya və hətta psixosomatik problemlərə, məsələn, qarın ağrısı, baş ağrısı səbəb ola bilər”.

Psixoloq 7-12 yaşlı uşaqların isə daha rasional düşünsələr də, bu mərhələdə də emosional reaksiya verə biləcəyini nəzərə çatdırıb. O əlavə edib ki, əgər izah verilmədən və hazırlıqsız şəkildə bu səhnəyə şahid olsalar, bu, onların heyvanlara münasibətində aqressiya, qorxu və ya vicdan əzabı hissinə çevrilə bilər:

“Yeniyetmələr isə dinin və adət-ənənənin mənasını anlamağa başlayırlar. Onlarla qurbanın rəmzi mənası, dini və sosial mahiyyəti barədə dialoq qurularsa, bu hadisə daha düzgün dərk oluna bilər”.

Elnur Rüstəmov: Qurban səhnəsinə hazırlıqsız şəkildə şahid olan uşaqlarda posttravmatik stress əlamətləri inkişaf edə bilər

Həmsöhbətimizin sözlərinə görə, uşaq travmaları ilk anda özünü büruzə vermir. E.Rüstəmov bildirib ki, qurban səhnəsinə hazırlıqsız şəkildə şahid olan uşaqlarda posttravmatik stress əlamətləri zamanla inkişaf edə bilər. Bu da özünü davranış pozuntuları, qəfil qorxular, yuxu pozuntuları, kabuslar, sosial geriçəkilmə kimi göstərə bilər:

“Əgər valideyn və ya böyüklər bu səhnəni zarafatla, laqeydliklə və ya “adət belədir, baxmalı, öyrəşməlisən” kimi ifadələrlə təqdim edərsə, uşaqda empatiya hissi yanlış istiqamətə yönələ bilər. Bu da uzunmüddətli mənəvi və emosional problemlər yarada bilər. Ona görə də belə hallarda uşaqlar qorxudulmamalı, məcbur edilməməlidir. “Kəsilən heyvan səni qoruyacaq”, “sən baxmasan olmaz” kimi ifadələr uşağın mənəvi dünyasında təhriflərə səbəb ola bilər”.

Müsahibimiz məktəbəqədər və ibtidai yaşlı uşaqların qurbanın kəsilmə anını görməməli olduğunu söyləyib. Qeyd edib ki, bunun əvəzinə onlara bayramın paylaşmaq, ehtiyacı olanlara yardım etmək, ailə birliyi və dini dəyərlərlə bağlı tərəfləri izah etmək daha doğrudur:

“Bayram ritualları travmatik deyil, mənəvi dəyərverici olmalıdır. Uşaqlara qurbanın niyə kəsildiyini, ehtiyacı olanlara necə yardım edildiyini anlatmaqla mərhəmət, paylaşmaq və sosial məsuliyyət kimi dəyərləri aşılamaq olar. Əgər uşaq təsadüfən bu səhnəyə şahid olubsa, onunla empatik şəkildə danışmaq, suallarını dinləmək, hisslərini ifadə etməyə imkan yaratmaq vacibdir. Heç bir hissi lağ obyektinə çevirmək olmaz”.

E.Rüstəmov sonda bildirib ki, Qurban bayramı mənəvi və dini baxımdan böyük əhəmiyyət daşıyan bir gündür. Ancaq uşaqların bu bayramla tanışlığı onların inkişaf səviyyəsinə və emosional yetkinliyinə uyğun şəkildə aparılmalıdır:

“Onlarda dini dəyərlərin təbliği travma üzərindən yox, mərhəmət və paylaşmaq duyğuları üzərindən formalaşmalıdır”.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 İyun 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2005

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see194

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see133

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri