Icma.az
close
up
RU
Qurban Qurbanov Araz Naxçıvan la matçda əcnəbi hakimin olmasını istəyir? özü açıqladı

Qurban Qurbanov Araz Naxçıvan la matçda əcnəbi hakimin olmasını istəyir? özü açıqladı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ" Misli premyer-liqasının evdə keçirilən 29-cu tur matçında "Zirə"ni məğlub etdi - 1:0.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun keçirdik. Oyunçularım çox əziyyət çəkdi. Rəşadı da təbrik edirəm. Çox yaxşı komanda formalaşdırıb. Ağılıı və düzgün müdafiə olundular. Azarkeşlərimizə də bizimlə olduqları üçün təşəkkür edirəm.
- Kadinin gəlişindən sonra Benzyanın mövqeyi bir qədər dəyişib. Benzyadan nə dərəcədə razısız?
- Benzyanın düşüncələrindən və oyunu idarə etməsindən çox razıyam. Bəlkə bu gün yorğun göründü. Amma istəklərimi meydanda yerinə yetirən futbolçudu.
- Kadinin durumu necədi?
- Ayağı şişib. Özü meydandan çıxmaq istədi. Ümid edirik ki, zədəsi ciddi olmaz.
- Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunlarını əcnəbi hakimlərin idarə etməsini istərdizmi?
- Yox.
– İntizam Komitəsi planşeti qırmağınıza görə sizi cəzalandırmadı. Nüfuzunuzdan çəkindilər?
– Niyə cəzalandırmalıydı ki? Orda təkcə hakimə yox, futbolçuma da etiraz etdim. Oyundankənar epizod idi. Cəza olsaydı, problem olmazdı. Əvvəlki oyunlarda da qırmızı vərəqələrə görə etiraz etmişəm. Sözümün arxasındayam.
– AFFA İcraiyyə Komitəsinin üzvü kimi bir ili başa vurduz. Bu müddət ərzində ölkə futboluna nə qazandırdız?
– Bir ildə nəsə etmək asan deyil. Görülən işlər bir neçə il sonra bəhrə verəcək.
- AFFA İcraiyyə Komitəsi aşağı yaş qrupları üzrə milli komandaları uğursuz baş məşqçilərin səlahiyyətinə verdi. Sizcə, düzgün qərar idi?
- Xahiş edirəm, mənə AFFA İcraiyyə Komitəsiylə bağlı suallar verməyin.
– Əsas rəqibinizdən - "Zirə"dən 15 xal öndəsiz. Bu xal fərqi qarşıdakı matçlarda komandaya necə təsir edəcək?
– Ciddi rəqəmdi... Bəlkə də futbolçularda bir az arxayınlıq var. Çox gərgin mövsüm keçirdik. Bəzən görürəm ki, oyunçular futboldan doyublar. Bəzən çox şey tələb edəndə əsəbləşirlər. Bu normaldı. Özümüzdə də belə hallar baş verir. Çalışıram ki, komandamı toparlayım. Bəzən mənim də hazırlıqsız vaxtlarım olur. Düşünürəm ki, sərbəstliyin futbolçulara faydası olacaq.
– Sizə Çempionlar Liqasının 1-ci yoxsa 2-ci təsnifat mərhələsindən başlamaq daha yaxşıdı?
– Sərf edən minimum 3-cü olar (gülür). Ən azından bilərdik ki, Avropa Liqasındayıq. Əslində, nə qədər gec başlasaq, o qədər yaxşı olar. Qarşıda kubok və premyer-liqa matçları var. Milli komandaların da oyunu olacaq. Futbolçuların istirahət üçün vaxtı az olacaq.
– Azarkeşlər sizdən hər iki kuboku qazanmağınızı tələb edir. Söz verirsiz?
– Mən heç vaxt hər ikisini qazanmaq istəmədiyimi deməmişəm. Azarkeşlər məndən tələb etmirlər. Sadəcə qalib gəlmək istəyirlər. Bunu mən də istəyirəm. Tərəfdarlarımız həm uğurlu, həm də uğursuz günlərdə yanımızdadılar.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Aprel 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri