“Qurban Qurbanov dünəndi, “Sabah” deyil” Mirşahin Ağayev
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“Bu gün göstərdi ki, Qurban Qurbanov dünəndi, “Sabah” deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu tanınmış jurnalist Mirşahin Ağayev öz sosial media hesabında yazıb.
O, “Qarabağ“ın UEFA Konfrans Liqasında “Tvente”yə uduzaraq mübarizəni dayandırmasına belə münasibət bildirib:
“İstəməzdim ki, belə çıxsın: “Qurban Qurbanov köhnəlib; üslubuynan, adamlarıynan…” İstəməzdim ki, Qurban belə zənn edənlərlə barışsın; “bu gün göstərdi ki, Qurban Qurbanov dünəndi, “Sabah” deyil…” Söz oyunu kimi görünsə də, söz oyunu deyil. İstəməzdim! Uduzma, təslim olma, Qurban! Ayağa qalx!”, – deyə o bildirib.
Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri ötən axşam Tofiq Bəhramov adına Respublika stadionunda Niderlandın “Tvente” klubu ilə cavab qarşılaşmasına çıxıb. Görüşün əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. Əlavə vaxtda qonaqlar hesabı 4:1 edərək UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni təmin ediblər, “Qarabağ” isə Avropa ilə vidalaşıb.
Qeyd edək ki, Niderlanddakı görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Bu mövzuda digər xəbərlər:Rusiya azad deyil, müstəqil deyil Mirşahin Ağayev yazır
15 Avqust 2025 00:05
Mirşahin Ağayev oğluna toy edəcək
09 Sentyabr 2026 12:26
Qurban Qurbanov: Üstünlük Sabah tərəfdədir
14 Mart 2026 22:01
Cəsarətiniz varsa, onlarla vuruşun Mirşahin Ağayev
02 Aprel 2025 20:45
Mirşahin Ağayev həmin aparıcıya dəstək oldu
02 Aprel 2025 11:03
Baxış sayı:102
Bu xəbər 28 Avqust 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















