Qurban Qurbanov Koxalskini təəccübləndirib: O, hər oyunda yüksək nəticə tələb etsə də...
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski ölkəsi Polşanın "Przegladsportowy" nəşrinə müsahibə verib.
Fanat.Az-ın məlumatına görə, 24 yaşlı qolkiper "Qarabağ"a transfer olumasına münasibət bildirib:
"Arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün "Qarabağ"a keçdim. Hələ Qurban Qurbanova bənzəyən baş məşqçi ilə rastlaşmamışam. O, hər oyunda yüksək nəticə tələb etsə də, məğlubiyyətlərdən sonra qışqırmır ki, bu da məni çox təəccübləndirdi. Əlbəttə, Avropa Liqasında mümkün 18 xaldan yalnız 3-ünü toplamışıq. Növbəti mərhələyə möcüzə sayəsində yüksələ bilərik. Ancaq ümid ölməyib. Qarşıda hələ iki oyunumuz var".
O, "Çempionlar Liqasının himnini eşidəndə bir qədər stress keçirdinizmi" sualını belə cavablandırıb: "Hə, amma eyforiya daha çox idi"
Mateuş Azərbaycan haqqında da danışıb: "Burada insan özünü daha təhlükəsiz hiss edir. Mən Azərbaycanda nə dava-dalaş, nə sərxoşların küçələrdə veyilləndiyini, nə də evsiz-eşiksiz insanlar görmüşəm".
Qeyd edək ki, Koxalski cari ilin avqustunda "Qarabağ"a transfer olunub.
![see](https://icma.az/template/assets/see.png)