Qurban Qurbanov: “Kubok oyunu əlavə prestijdir”
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bizim üçün vacib oyundur".
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun "Qarabağ" və "Sabah" arasında keçiriləcək final matçının oyunöncəsi mətbuat konfransında deyib.
O bildirib ki, həlledici oyunlar bütün azarkeşləri bir yerə yığır, bayrama çevrilir: “Bu oyunda komanda azarkeşlərindən savayı neytral tərəflər olacaq. Kubok oyunu əlavə prestijdir. Baxmayaraq ki, çempionluğu təmin etmişik, yenə də yaxşı oyun nümayiş etdirmək istəyirik. Qarşımızda təşkilatlanmış, yaxşı komanda var. "Sabah" çempionatda hazırda beşinci yerdədir ancaq fikrimcə komanda daha yüksək yerə layiqdir".
Qeyd edək ki, final oyunu mayın 31-də keçiriləcək.
Aytac Sahədə
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 29 May 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















