Qurban Qurbanov onu da özüylə aparıbmış!
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali İrlandiyaya səfər edib.
53 yaşlı mütəxəssis komandasının Avstriya toplanışı başa çatdıqdan sonra video-analitik məşqçi Yanuş Vasilyevlə birgə Belfasta gedib.
Səfərdə məqsəd "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri “Linfild”lə (Şimali İrlandiya) “Şelburn” (İrlandiya) arasındakı oyunu izləmək olub.
Baş məşqçi oyunu izlədikdən sonra Azərbaycana qayıdıb.
"Uindzor Park" stadionunda keçirilən matç 1:1 hesablı bərabərliklə başa çatıb. Sözügedən komandalar arasında ilk görüş “Şelburn”un 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Buna görə də "Şelburn" 2-ci təsnifat mərhələsində Ağdam təmsilçisinə rəqib olub.
"Qarabağ" ilk matçını 23 iyulda səfərdə, cavab görüşünü 30 iyulda Bakıda keçirəcək. \\Sportinfo.az
Baxış sayı:80
Bu xəbər 17 İyul 2025 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















