Qurban Qurbanov: "Çempionlar Liqasının oyunlarında səhvlər bağışlanmır"
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində qazanılan növbəti uğurdan sonra "TRT Spor"a açıqlama verib.
Bakupost.az xəbər verir ki, o, komandasının iki oyundan iki qələbə ilə altı xal toplamasını böyük nailiyyət kimi dəyərləndirib.
"İlk olaraq futbolçularımı təbrik edirəm. Həqiqətən əla mübarizə ortaya qoydular. Matçda iki fərqli hissə izlədik. Birinci hissədə açıq-aşkar üstün tərəf biz idik. İkinci hissədə isə rəqib bəzi dəyişikliklər etdi və bu oyunun gedişatına təsir göstərdi. Futbolçular arasında zaman-zaman anlaşılmazlıqlar yaşansa da, toparlanmağı bacardılar", - deyə Qurbanov bildirib.
Baş məşqçi turniröncəsi bu nəticəni proqnozlaşdırmağın çətin olduğunu vurğulayıb:
"Açığı, iki oyundan iki qələbə qazanacağımızı düşünmürdük. İndi eyni uğuru xəyal etmək doğru olmaz, çünki rəqiblərimiz çox ciddi komandalardır. Biz intizamlı oyunumuzu qoruyub, mübarizə gücümüzü yüksək səviyyədə saxlamalıyıq. Çünki buradakı səhvlər bağışlanmır".
Qurbanov əlavə edib ki, bundan sonra rəqiblər "Qarabağ"a qarşı daha ciddi hazırlaşacaqlar:
"Bu, işimizi çətinləşdirə bilər. Biz qarşıdakı oyunlara ən yaxşı şəkildə hazırlaşacağıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik."
Qeyd edək ki, "Qarabağ" ÇL-in əsas mərhələsinin ilk turunda "Benfika"ya səfərdə qalib gəlib (2:3). UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda isə "Kopenhagen" üzərində 2:0 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 02 Oktyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















