Icma.az
close
up
RU
Qurban Qurbanov: “Sözümdə qalıram”

Qurban Qurbanov: “Sözümdə qalıram”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Qarabağ” – “Zirə” (1:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Rəşadı da təbrik etmək istəyirəm. Get-gedə daha mübariz komanda formalaşdırır. Çox ağıllı, düzgün müdafiə qurulub. Uğurlar arzulayıram. Azarkeşlərimizə də təşəkkür edirəm.

– Kadinin gəlişindən sonra Benzianın mövqe dəyişməsi oyunçuya necə təsir edir?

– Benzianın həmin mövqedə olmasından çox razıyam. Sadəcə bu gün daha yorğun idi. İstədiklərimi meydanda yetirmə qabiliyyəti güclüdür.

– Kadinin zədəsi ciddidir?

– Ciddiyə oxşamadı.

– Ölkə kubokunun cavab oyununu əcnəbi hakimin idarə etməsini istəyərsiz?

Xeyr.

– İntizam Komitəsi planşeti qırmağınıza görə sizi cəzalandırmadı. Bu sizin nüfuzunuza görədir?

– Niyə etsin? Orada təkcə hakimə deyil oyunçuma da hirsləndim. Bu, sanki oyundan kənar epizod idi. Cəza olsaydı da problem yox idi. Bundan əvvəlki “qırmızı”lara etirazımı bildirmişdim. Hələ də sözümdə qalıram.

– AFFA İcraiyyə Komitəsinin üzvü kimi 1 ili başa vurduz. Bu müddət ərzində ölkə futboluna nə qazandırdız?

– 1 ilə nəsə etmək asan deyil. Sadəcə ümumi gedişat necə qurulur, gələcəyə necə baxılır mövzusunda işlər gedir. Bunlar da bir neçə il sonra bəhrəsini verəcək.

– Əsas rəqibinizi 15 xal qabaqlayırsız. Bu xal fərqi komandaya gələcək oyunlarda necə təsir edəcək?

– Ciddi rəqəmdir. Bəlkə də futbolçularda bir az arxayınlıq var. Amma çox üzərlərinə getmirəm. Çox gərgin sezon keçirtdik. Hətta bəzən görürəm ki, futboldan doyurlar. Onlar da insandırlar. Futbolçulardan bəzən çox şey tələb edəndə hirslənirlər. Bu normaldır. Özümüzdə də belə hallar baş verir. Məşqçi olaraq çalışıram ki, heyəti toparlayım. Amma bəzən mənim də hazırlıqsız vaxtlarım olur. Bir var çoxlu tələblə meydana çıxırlar, bir də var sərbəst. Düşünürəm ki, sərbəstliyin xeyiri olacaq.

– Sizə ÇL-in I yoxsa II təsnifat mərhələsindən başlamaq daha yaxşıdır?

– Bizə sərf edən minimum III olardı (gülür). Çünki ən azından bilərdik ki, AL-i təmin etmişik. Amma nə qədər gec başlasaq, o qədər yaxşı olardı. I mərhələdən olsa bizim üçün vaxt azlığı olacaq. Amma belədə II-dən başlamaq yaxşı olardı.

– Azarkeşlər sizdən hər iki kuboku qazanmağınızı tələb edir. Onlara söz veririsiz?

– Mən heç vaxt ikisini qazanmaq istəmədiyimi deməmişəm. Azarkeşlər məndən tələb etmirlər. Sadəcə qalib gəlmək istəyirlər. Mən də istəyirəm bunu. Kompromisə getmək lazım deyil.

Mirkamal Kazım 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 Aprel 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri