Icma.az
close
up
RU
Qurban Qurbanov tənqidlərə reaksiya verdi BU XALQIN NƏYİNDƏN İNCİYİM?

Qurban Qurbanov tənqidlərə reaksiya verdi BU XALQIN NƏYİNDƏN İNCİYİM?

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

“Komanda.az” saytının jurnalistlərin arasında keçirdiyi sorğuya əsasən Qurban Qurbanov Azərbaycanda 2025-ci ilin ən yaxşı baş məşqçisi seçildiyi barədə məlumat vermişdik.

Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, tədbirdə iştirak edən 53 yaşlı mütəxəssis fikirlərini bölüşüb:

“Bu ölkənin övladlarıyıq. Tənqidləri, narazılıqları övlad kimi qəbul edirik, küsməyə, inciməyə haqqımız yoxdur. Döyüşə girmişiksə, qaçmayacağıq. Sabah bəlkə yaxşı olmayan nəticələr olar. Amma bu işə əl qoymuşuq, qaçmaq üçün gəlməmişik. Uduzsaq da, şərəflə uduzmaq istəyirik. Bu, bizim prinsipimizdir. Səs verən hər kəsə təşəkkür edirəm.

Bu mövsüm Azərbaycan futbolu üçün uğurlu oldu. Məqsədimiz Çempionlar Liqasının əsas mərhələsinə düşmək idi. Bu mövsüm bacardıq. Rəqiblərə baxanda bəlkə hamı düşünürdü ki, bir qələbə olsun bəsdir. Artıq iki qalibiyyətimiz var. Böyük klublara qarşı özü də. Belə komandaların Azərbaycana gəlməsinə sevinirəm. Xalqımız böyük futbolun nə olduğunu bilir. Hamı da buna hazırlaşır. Gözləyirsiz ki, bir də belə rəqib Bakıya nə vaxt gələcək. Hər biriniz daha artığına layiqsiz. Son vaxtlar riskli futbol oynayırıq. “Ayaks”la matç komandanın fiziki göstəriciləri ən yuxarı olan oyunu idi. Hər bir oyunçu ən yaxşı səviyyədə qaçmışdı. Bu gün biz 60-70 dəqiqə dözə biliriksə, qarşımıza məqsəd qoyuruq ki, gələcəkdə daha da yuxarıya çataq. Milli çempionatda 90 dəqiqə ərzində oradakı tempi, sürəti görmürük. Çalışırıq ki, rəqiblərə aciz şəkildə məğlub olmayaq. “Qarabağ” olaraq avrokuboklarda cəsarətimizi daha da artırmışıq. Cəsarət, dözümlülük olmasaydı, istənilən səviyyəyə gəlib çatmazdıq.

Təşəkkür edirəm ki, məni ən yaxşı seçmisiz. Məsuliyyətimiz artır. Bu vətənin övladlarıyıq, hər bir tənqidi övlad kimi qəbul edirik. Fikrinizi azərbaycanlı kimi qəbul edirik. Həmişə düşünürük ki, tənqidlər komandamızın xeyrinədir. Çalışacağıq ki, işimizi daha da yaxşılaşdıraq. Böyük komandalara qarşı oynayaq üçün cəsarətimiz var. Yıxılarıq, durarıq, amma sınmarıq.

Vətən müharibəsində aciz görünmürdük. Səfərlərə gedirdik. Düşmənlərimiz stadiona girirdilər. Amma bilmirdilər sonda nə olacaq. Biz də istəyirik ki, işimizi möhkəmləndirək və sonda ayaq üstə dura bilək. Xalqımıza təşəkkür edirəm ki, daim bizimlə olur. Özümüz də kasıblıqla böyümüşük. Daim qələbələr olsa, nə marağı olacaq? Kim bizi acılayacaq, kim tənqid edəcək? Normal qəbul edirəm. Maşında gəlirəm, sağdan biri siqnal verir, soldan biri deyir ki, təşəkkür edirəm. Neqativ heç nə görməmişəmsə, xalqın nəyindən inciyim? Həmişə xalqımla birlikdəyəm. Uduzsaq, həvəsdən düşməməyə çalışacam”.

Facebook WhatsApp Telegram Twitter Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri