Qurbanov “Atletik” oyunu barədə danışdı
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Atletik” ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Metbuat.az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün İspaniyaya səfərə yollanarkən jurnalistlərə açıqlama verib:
“Üstünlük bəlkə də rəqib tərəfdədir. Çünki həm öz meydanlarında oynayırlar, həm də bu oyuna çox ciddi şəkildə hazırlaşacaqlar — çünki hələlik xalları yoxdur. Amma hər halda biz yenə də çalışacağıq ki, sona qədər bu komandaya qarşı maksimum dözümlü olaq. Ümumiyyətlə, onların son oyunlarına baxmışam — oyunun dinamikası çox yüksək olur və onlar çox sürətlə hücumlara çıxırlar. Bəlkə də topu rəqibin cərimə meydançasına ən tez çatdıran komandalarından biridir. Bu, həm bizim, həm də rəqib üçün vacib oyundur. Çalışacağıq ki, ən yaxşısını, ən doğrusunu edək və yaxşı nəticə ilə qayıdaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 20 Oktyabr 2025 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















