Hərbi İnstitutda könüllü qanvermə aksiyası təşkil olunub
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Respublika Qan Bankının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
Müdafiə Nazirliyindən XQ-yə bildirilib ki, tədbirdə institutun 90 nəfərədək heyəti iştirak edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankının tibb briqadası donorların sağlamlıqlarını yoxladıqdan sonra onlardan qan götürüb.
Götürülən qan nümunələri müayinə edildikdən sonra sertifikatlaşdırılaraq qan ehtiyatların artırılması və ehtiyacı olan insanların müalicəsində istifadə olunması üçün təhvil verilib.
Tədbirin əsas məqsədi cəmiyyətdə və orduda könüllü və təmənnasız qan donorluğu ənənələrinin qorunub saxlanması, donor fəaliyyətinin əhəmiyyətini təbliği və cəmiyyətdə humanizm dəyərlərinin təşviqidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 13 Noyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















