Icma.az
close
up
RU
Qurbanovun əsəbləri dözmədi, De Blekere hakimin müdafiəsinə qalxdı

Qurbanovun əsəbləri dözmədi, De Blekere hakimin müdafiəsinə qalxdı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

5 oyunda 16 sarı vərəqə göstərildi, nə meydandan qovulan oldu, nə də hakimlər penalti nöqtəsini göstərdi. Ümumilikdə səliqəli və nəzakətli şəraitdə keçən turla bağlı bütün təəssürat son oyunda pozuldu.

“Turan Tovuz”un uzatma dəqiqələrində vurduğu qol “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu özündən çıxardı. O, uzun fasilədən sonra idarəçiliyi belə sərt tənqid etdi.
Şamaxı - Zirə, İNQİLAB MƏMMƏDOV
Son oyunlarda xeyli xal itirən və toparlanmaqda çətinlik çəkən "Şamaxı" ilə bir ara yaşadığı kiçik xaosdan xilas olmağı bacaran, ardıcıl uğurlar qazanan "Zirə"nin qarşılaşması o qədər də gərgin keçmədi. Düzdü, meydan sahibləri yeri gələndə müqavimət göstərirdi. Lakin qonaqlar lazım olan qələbəni qazanmaqda çətinlik çəkmədi. Bu baxımdan İnqilab Məmmədov da özünü yormalı olmadı. Ona görə ki, komandalar aqressiv davranış sərgiləmir, özlərini daha çox vəziyyətlə barışmış kimi aparırdılar. Belədə FİFA referisi yalnız güzəştin mümkünsüz və müdaxilənin qaçılmaz olduğu epizodlarda özünü göstərir, hadisələrin axarına xələl gəlməməsinə xidmət edirdi. Qısası, İnqilab bəy şamaxılı azarkeşkərin emosionallıqdan irəli gələn təhqir və tənqidlərinə layiq deyildi. Onun bu oyunda yalnız qonaq futbolçuları sarı vərəqələrlə cəzalandırdığını da xatırladaq.
Sabah - Sumqayıt, ELÇİN MƏSİYEV
Elçin Məsiyev oyunu pis idarə etmədi. Komandaların açıq oynamasına şərait yaradan hakim yalnız bir futbolçuya sarı vərəqə göstərdi. Elçin bəyin qərarları və mövqe seçimi doğru idi. Referi “oyunun ipini əlində saxlamağa” çalışdı. Meydan sahibləri ilk dəqiqələrdən mübarizə əzmini ortaya qoysalar da, hansısa aqressivliyin şahidi olmadıq.
Araz-Naxçıvan - Neftçi, RAUF CABBAROV
Oyun gərgin mübarizə şəraitində keçmədi. Soyuqqanlıığıyla diqqəti çəkən referi futbolçulara güzəştə getmədi. Rauf bəy 5 futbolçuya sarı vərəqə göstərdi ki, bunlarım hamısı haqlı idi. Cabbarovun vəzifəsinin öhdəsindən qüsursuz gəldiyini deyə bilərik.
Qarabağ - Turan Tovuz, CAVİD CƏLİLOV
Turun mərkəzi matçı Cavid Cəlilovu ciddi tənqidlərlə üzləşdirdi. Xatırladaq ki, bu matçda "Qarabağ" hesabı açsa da, 90 və 90+4-cü dəqiqələrdə buraxdığı qollar üzündən məğlub oldu. Oyunsonrası mətbuat konfransında ədalət təmsilçisini hədəf alan Qurban Qurbanov qonaqların künc zərbəsindən sonra vurduğu qol zamanı rəqibin müdafiəçisi Faiq Hacıyevin Şahruddin Məhəmmədəliyevin qəsdən önünü kəsdiyini, Cəlilovun isə qayda pozuntusuna göz yumduğunu iddia etdi. Lakin AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere belə düşünmür. Belçikalı mütəxəssis gündəmi zəbt edən epizod haqda danışarkən bildirib ki, "Turan Tovuz"un həmin qolu qaydalar çərçivəsindədi. Hər halda, videogörüntülərə əsaslansaq, həqiqətən qaydalar pozulmayıb. Deməli, Cavid Cəlilovu qınamaq olmaz. Azı məhz bu oyun üçün onun ədaləti layiqli təmsil etdiyini deyə bilərik. Amma bir məqam da var. Ayrı-ayrı futbolçuların qapıçıları bu şəkildə bloklaması gec-tez daha böyük qalmaqala səbəb olacaq.
Səbail – Kəpəz, ƏLİYAR AĞAYEV
6 xallıq oyunun ölkənin ən güclü referisinə tapşırılması doğru qərar idi. O da gözləntiləri doğrultdu. Hər komandadan iki futbolçuya “sarı” göstərməklə bir növ balansı qorudu. Həm Azər Bağırovun, həm də Cavid Hüseynovun onu təzyiq altında saxlamaq niyyəti güdən qışqırıqlarına və iradlarına da əhəmiyyət vermədi. Hətta bəlkə baş məşqçilərə münasibətdə daha sərt davrana bilərdi. 4-cü hakim Fərid Hacıyev də oyunboyu baş məşqçilərdən irad eşitdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Fevral 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri