Icma.az
close
up
RU
Quru sərhədlərimiz sabitliyin sipəridir

Quru sərhədlərimiz sabitliyin sipəridir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“Meşə qardaşları”, yoxsa meşədə qardaşlıq düşmənləri?

Sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir və əminəm ki, Azərbaycan vətəndaşları da bu məsələyə anlayışla yanaşırlar. Bizim quru sərhədlərimiz hələ də bağlıdır, yəni, vətəndaşların gəliş-gedişləri üçün. Başa düşürük ki, bu, müəyyən çətinliklər yaradır. Ancaq bugünkü geosiyasi vəziyyət də hamının gözü qarşısındadır, daxili təhlükəsizliyi təmin etmək üçün, bu, yeganə düzgün addımdır.

(Prezident İlham Əliyevin yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqindən)

İki mühüm dövlət qurumunun birlikdə bəyan etdiyi Qusar hadisələri barədə danışmazdan əvvəl müasir dünyanın ən nüfuzlu siyasətçilərindən olan Prezident İlham Əliyevin uzaqgörənliyini sübut edən iki mühüm faktı yada salmaq istəyirəm.

Birincisi: Ötən il dekabrın 17-də “Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibə verən Prezident İlham Əliyev xatırlatmışdı ki, – hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun – verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanların icazəsi olmalıdır. Bu baxımdan ABŞ-da fəaliyyət göstərən anti-Azərbaycan xislətli USAID adlı məkrli strukturun fəaliyyətindən bəhs edən dövlət başçımız demişdi: “Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq”.

Bəs sonra nə oldu? Prezident İlham Əliyevin həmin çıxışından ay yarım sonra dünya mətbuatı yazdı ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) məlumatına görə, “agentliyin veb-saytı ötən şənbə günündən fəaliyyətini dayandırıb, qurumun rəsmi “X” hesabı da artıq bağlanıb. Adının yazıldığı lövhələr isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırılıb. İşçilərə də qərargahın bağlandığı və distant fəaliyyət göstərəcəyi deyilib”. Donald Trampın yaxın silahdaşı olan İlon Mask isə USAID-i hətta qatı cinayətkarlıqda ( koronavirus pandemiyasını yaradanlara külli miqdarda vəsait ödəməkdə) ittiham edib. Fikrimizcə, bu, Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin növbəti sübutu, təsdiqidir.

İkincisi: Azərbaycan Prezidenti yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində xatırlatmışdı: “Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər olur və bu hərəkətlərin qarşısı alınır. Ona görə sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq... Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür”.

Bəs sonra nə oldu? Fevralın 3-də ölkənin kütləvi informasiya vasitələri yazdılar ki, Azərbaycanda beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb. Məlumata görə, “Meşə qardaşları” adlı terror qruplaşmasının üzvlərinin Qusar rayonunun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.

Məlum oldu ki, terrorçuların sığınacaqlarına keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb.

Şəxsən mən bu xəbəri eşidəndə istər-istəməz polisin və təhlükəsizlik orqanlarının fəaliyyətini alqışladım. Qocaman həmkarlarımızdan biri isə mənim alqışımdan qat-qat dəyərli olan fikir səsləndirdi: “Gör quru sərhədlərimiz açıq olsaydı, o quldurların sığınacağından nələr tapılardı?

Ekspertlərin fikrincə, sərhədlərin bağlı qalması, miqrasiya axınının idarə olunmasına kömək etməklə yanaşı, ölkəyə qeyri-qanuni yollarla idxal edilən malların qarşısını almağa və daxili bazarı qorumağa imkan verir. Bundan başqa, ölkəmizin yerləşdiyi regionda terrorçuluq riski həmişə mövcud olub. Qonşu ölkələrdə fəaliyyət göstərən radikal dini qruplar, müxtəlif terrorçu təşkilatlar daim fəaliyyət göstərirlər. Bu baxımdan, quru sərhədlərinin bağlı qalması ölkəmizin təhlükəsizliyi üçün vacib faktordur. Son zamanlar Yaxın Şərqdə və Cənubi Qafqaz regionunda baş verən hadisələr, terrorçu qruplaşmaların daha aktiv hala gəlməsinə səbəb olub. Odur ki, Azərbaycan kimi sabit və güclü ölkələr üçün əlavə təhlükələr yaratmaq cəhdləri də gözləniləndir. Dövlət qurumlarımız bu riskləri minimuma endirmək üçün ciddi təhlükəsizlik tədbirləri görürlər.

… Qayıdaq yazının sərlövhəsindəki “çoxistiqamətli təhlükəsizlik” ifadəsinə. Bəli, biz bu gün, sözün həqiqi mənasında, təhlükələr və təhdidlərlə üz-üzəyik.

Əvvəla, məğlub Ermənistanın hələ də sülh sazişini imzalamaqdan imtinası yeni silahlı əməliyyatların baş verə biləcəyindən xəbər verir.

İkinci, Emmanuel Makron başda olmaqla bir çox Avropa siyasətçiləri Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Onlar bu hoqqalarına “Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması” adı versələr də, nəticədə zərər çəkən Qafqaz ölkələri və xalqları olacaq.

Üçüncü, Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilməyən siyasi dairələr bizim üçün hələ də təhdidedici olaraq qalırlar.

Dördüncü, Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzunun durmadan artması, xüsusən, ötən ilin noyabrında dünyanın 80-dən çox dövlət və hökumət başçısının Bakıda keçirilən COP29 iqlim tədbirinə qatılması, eləcə də, BMT Baş katibinin bir həftədə iki dəfə Bakıya səfər etməsi anti-Azərbaycan, anti-türk dairələrin ürəyinin başına od salıb. Həmin od “sönüb kül olunca” Azərbaycana qarşı təhlükə qalacaq.

Beşinci, beynəlxalq aləmdə ayaq açıb yeriyən kiberhücumlara qarşı yaradılmalı olan “kibertəhlükəsizlik tədbirləri” də günün reallıqları sırasındadır.

Altıncı, həm ölkəmizdəki, həm də beynəlxalq aləmdəki bank-maliyyə dələduzlarının yaratdığı təhlükələrin sayı gündən-günə artır. Daxili İşlər Nazirliyinin bu istiqamətdəki xəbərdarlıqlarını az qala hər gün eşidirik. Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə verilmiş vəsaitlə bağlı baş verənlər hamıya dərs olmalıdır.

Yəni Azərbaycanın gündən-günə qüdrətlənməsi, dövlət başçımızın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi dünyanın müxtəlif ünvanlarındakı imperialist qüvvələri ciddi şəkildə narahat edir və onlar gah açıq, gah da gizli şəkildə ölkəmizin əleyhinə addımlar atırlar. Ona görə da xalqımız, xüsusən, ziyalılar ölkəmizin quru sərhədlərinin hələlik bağlı saxlanılmasını alqışlayır, dövlətin təhlükəsizlik məqsədiylə atdığı bütün addımları dəstəkləyirlər.

İttifaq MİRZƏBƏYLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see479

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see388

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see345

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see294

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see260

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see250

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see218

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see206

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see203

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see195

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see187

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see183

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see178

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see176

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see175

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see173

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see164

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see159

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri