Icma.az
close
up
RU
Quru yolun açılması Azərbaycanın növbəti bir hədəfinə və məqsədinə nail olmağı deməkdi Deputat

Quru yolun açılması Azərbaycanın növbəti bir hədəfinə və məqsədinə nail olmağı deməkdi Deputat

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

İrəvan Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı şərtlərini qəbul edib. Bu isə Naxçıvana quru yolla maneəsiz keçidin təmini deməkdir. Yəni imzalanması nəzərdə tutulan Birgə Bəyannamə nəticəsində Naxçıvana maneəsiz gediş-gəliş təsdiq olunacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, uzun müddətdir Azərbaycan bunun üçün çalışırdı.

"Əsas məsələlərdən bir neçəsi həllini tapıb. Qarabağ və Şərqi Zəngəzur azad olundu. Bu gün sülh müqaviləsinin mətni hazırdır. İndi isə digər məsələlərin həllinə ehtiyac var. Bu gün ən vacib məsələlərdən biri Azərbaycanın cənab prezidentinin rəhbərliyinin üstündə durduğu əsas məsələlərdən biri Naxçıvana maneəsiz gediş-gəlişdir. 30 ildən artıqdır ki,  Azərbaycan xalqı o problemdən əziyyət çəkir. İnsanlarımız Naxçıvana quru yolla gedib gələ bilmir".

Deputatın sözlərinə görə, quru yolun açılması Azərbaycanın növbəti bir hədəfinə və məqsədinə nail olmağı deməkdi:

"İnsanlarımız artıq rahat şəkildə, sərbəst şəkildə öz doğma yurdlarına, evlərinə, ərazilərinə rahat birformada gedəcəklər və abadlıq işlərini davam etdirəcəklər. Hesab edirəm ki,bu tarixi bir addımdır. Biz inanırıq ki, bu görüşdə də bu məsələ həllini tapacaq. Bu adi bir məsələ deyil. Bu həm də geosiyasi bir uğurdur.  Azərbaycanın qarşısına qoyduğu məqsəd və hədəflərə nail olmaq üçün atılan önəmli, vacib bir addımdır. Bu eyni zamanda logistikaya böyük bir, ciddi bir töhfə verəcək. Həm də Türkiyə ilə bizim əlaqələrimizə təsir göstərəcək. Yollarımızın rahat gediş-gəlişinə öz təsirini göstərəcək və ümumilikdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün yeni imkanlar yaradacaq".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Avqust 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri