Quru yük daşımaları artıb
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026-cı ilin yanvar – sentyabr aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) quru yük gəmiləri ilə daşımaların həcmində ötən ilin eyni dövrü ilə müqayisədə müsbət dinamika qeydə alınıb. Belə ki, 2025-ci ilin 9 ayında quru yük gəmiləri ilə 1 milyon 19 min 65 ton yük daşındığı halda, cari ilin analoji dövründə bu göstərici 39 faiz artaraq 1 milyon 415 min 187 tona çatıb.
Ümumi göstəricilərdəki bu yüksəliş dinamikası ötən ayda da özünü göstərib. Cari ilin sentyabrında 163 min 90 ton yük daşınıb ki, bu da ötən ilin müvafiq ayındakı 143 min 115 tonla müqayisədə 19 min 975 ton və ya 14 faiz çoxdur.
Hesabat dövründə quru yük gəmiləri ilə tranzit daşımalarında da əhəmiyyətli artım baş verib. Müqayisə üçün qeyd edək ki, ötən ilin 9 ayında tranzit yükün həcmi 476 min 192 ton təşkil etdiyi halda, cari ilin eyni dövründə bu göstərici 1 milyon 14 min 615 tona çatıb. Beləliklə, tranzit daşımalarının həcmi 538 min 423 ton və ya 113 faiz artıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 15 Oktyabr 2026 01:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















