Icma.az
close
up
RU
“Qurucu babalarımızın” qeyrətini çəkən xanım...

“Qurucu babalarımızın” qeyrətini çəkən xanım...

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər ilin yanvar ayının 31-də ehtiram əlaməti olaraq insanlar dəstə-dəstə Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi önünə gəlir, respublikamızın banisinə olan məhəbbətlərini dilə gətirirlər. Bu insanların arasında müxtəlif siyasi partiyaların nümayəndələri çoxluq təşkil etsə də, heç bir siyasi məqsədi olmayan, qəlbinin səsi ilə gələnlər də az deyil. Bu gün sizə onlardan biri- professor Solmaz Rüstəmova- Töhidi haqqında söhbət açmaq istəyirəm. O, nəinki ildə bir dəfə, bəlkə də elə bir gün olmur ki, Məhəmməd Əmin Rəsulzadəni xatırlayıb xatırlatmasın və necə deyərlər, qeyrətini çəkməsin...
Doğrudur, namizədlik və doktorluq dissertasiyalarının mövzusu İranla bağlı olub, amma Azərbaycan Xalq Cümhuriyyətinin tarixini də unutmayıb. Bu istiqamətdə sanballı əsərlər yazaraq təqdim edib, Azərbaycan dövlətçiliyinə böyük xidmət göstərib...
Haqqında söhbət açdığım Solmaz Rüstəmova- Tohidi 1953-cü ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetini bitirib. Tarix elmləri doktoru, professor, AMEA- nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnsititutunun əməkdaşı. İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisidir.
1995-ci ildən Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz üzrə, 2010-cu ildən Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir. Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb...
Xarizmatik xanımdır, özünəməxsus xüsusiyyətləri çoxdur. Polad iradəsi, çalışqanlığı ilə insanların diqqətini asanlıqla özünə çəkə bilir. Duyğusal və romantik bir xarekterə malikdir. İntuisiyası güclüdür. Gözəlliyin aşiqidir, təbii gözəlliyə böyük dəyər verir. İncə ruhu var, nəzakətli və zərifdir. Adamların xoşbəxtliyinə sevinməyi bacarır. Bütün həyatı boyu həm hər şeyin ən yaxşısına sahib olmaq istəyib və həm də ən yaxşısını nümunə göstərmək...
Deyir ki:- “Təbii, Cümhuriyyət dövrünün hətta peşəkar tarixçilər və mütəxəssislər tərəfindən də birmənalı dəyərləndirilməyən məsələləri, eləcə də Cümhuriyyət xadimlərinin bu və ya digər tarixi məqamlarda rolu və iştirakına dair fərqli nəzərləri var və bu da təbiidir. Amma bir qənaət şəksizdir! Bu insanların Azərbaycan adlanan Vətən, Azərbaycan adlanan dövlət və Azərbaycan adlanan xalq-millət qarşısında xidmətləri danılmazdır və bu qənaət saysız sənədlərlə təsdiq və sübut edilir. Bu təsdiq və sübut heç də yalnız tarixi sənədlərlə məhdudlaşmır. Ortada həmin şəxsiyyətlərin hər birinin öz həyat hekayəti var. Cümhuriyyət qurucuları vaxtilə məsuliyyətini və təhlükəsini anladıqları bir yükün altına girərkən yəqin ki, taleyin onlara heç də həmişə lütf etməyəcəyini göz önünə gətirmişdilər və bu yolda bütün məşəqqətlərə, hətta ölümə hazır idilər. Lakin tarixin “İstiqlalçılar” adlanan bütöv bir nəslə qarşı bu qədər ədalətsiz və amansız olacağını, adlarını həyatda saxlayıb, amma bu sevimli Vətənə, qurduqları Dövlətə, “azadlığın ləzzətini dadızdırdıqları” xalqa ömürlük həsrət qoyacağını bəlkə heç ağıllarına da gətirmirdilər…”
Onu Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə başda olmaqla qürbət torpaqlarda dəfn olunan digər “qurucu babaların” nəşlərinin niyə Vətənə gətirilməməsi çox düşündürür və bununla barışa bilmir:
“Bu gün cismi faciəvi surətdə haralardasa Vətən torpağına qovuşmuş Nəsib bəy Yusifbəylidən başqa Cümhuriyyət xadimlərinin böyük əksəriyyətinin məzarları qürbətdədir. Yaxın Gürcüstan, qardaş Türkiyə və bir sıra Avropa ölkələri indiyədək qismətlərinə Vətəndən kənarda ölmək yazılmış Dövlət qurucularımızın məzarlarını bizlər üçün ƏMANƏT saxlayır. Məhz ƏMANƏT! Bu, Məhəmməd Əmin Rəsulzadənin sözüdür və o nəslin həmin gerçəkliyə verdiyi təyinatdır. Bəs nə baş verir, zamanmı çox çəkdi? Məmləkətmi qurtulmadı? Millətmi mütəşəkkür çıxmadı? Azərbaycanlımı qədirbilən olmadı? Bəlkə illərdir deyilən, dərc olunan, təkrarlanan, xatırlanan sətirlərin məhz vəsiyyət – vəzifə olduğu anlamı yetişməyib hələ?”- söyləyir...
Çəkinmədən dilə gətirdiyi bu fikirləri dinlədikcə, bu xanımın nə qədər böyük bir insan olduğunun şahidi olursan. Və verdiyi sualları cavablandırmaq üçün, insan nə qədər aciz olduğunun xəcalətini yaşayır…
Qəhrəmanlıq onun alın yazısıdır, ətaləti bir anda strategiyaya çevirməyi bacarır. Elə bu xüsusiyyətinə görə də seçilir. Nə istədiyini yaxşı anlayır və hədəfə doğru cəsarətlə addımlayır. Sirli, qeyri-adi xarakterə malikdir. Aydın, səlist, məntiqli nitqi var, təsiredicidir. Yersiz müdaxiləni xoşlamır, amma haqsızlıq olan yerdə susmur, həqiqəti qorumağa üstünlük verir. Lazım olmadığı halda fikir söyləməsə də, ehtiyac olduğu təqdirdə səsini daha da ucaldır...
El arasında belə bir ifadə var- “Kişi qeyrətli qadındır.” Bəli, haqqında söhbət açdığım Solmaz Rüstəmova- Tohidi də, məhz əsl kişi qeyrətli xanımdır. Onun yanında kimsə Məhəmməd Əmin Rəsulzadə haqqında mənfi nəsə desə, anındaca cavabın alacaqdır. İnanır ki, gələcək nəsillər bizdən daha bacarıqlı, daha inadkar olacaqlar, bizim görə bilmədiyimiz işləri onlar başa çatdıracaqlar. Və bir gün “qurucu babalarımız”ın nəşləri Ana Vətənə gətiriləcək. Eləcə də, nə vaxtsa Bakının mərkəzində respublikamızın banisi- Məhəmməd Əmin Rəsulzadənin nəhəng heykəli ucaldılacaq...
Fevralın 20-si Solmaz xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı arzulayıram...
Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Fevral 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri