Qusarda 20 min hektara yaxın sahəyə payızlıq taxıl səpilib AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qusar, 26 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda payızlıq taxıl səpini başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2025-ci ilin məhsulu üçün rayonda 19 min 710 hektar sahəyə payızlıq taxıl səpilib. Bunun 10 min 650 hektarı buğda, 9 min 60 hektarı isə arpa sahələridir.
Qeyd edək ki, Qusar rayonunda son illər bağçılıq sahəsinin sürətli inkişafı taxıl sahələrinin azalması ilə müşayət olunur.
2016-cı ildə rayonda 28 min hektar payızlıq əkin sahəsi mövcud idisə, 2024-cü ilin məhsulu üçün rayonda 23 min hektar taxıl əkini sahəsi olub. Fermerlər daha çox gəlir gətirən bağçılığa diqqəti artırıblar. Son illər rayon ərazisində kütləvi şəkildə intensiv və superintensiv bağlar salınır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 26 Dekabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















