Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Quşları yemləmək vaxtı Kamal Abdullanın tamaşa monoloqu

Quşları yemləmək vaxtı Kamal Abdullanın tamaşa monoloqu

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Kamal Abdullanın "Quşları yemləmək vaxtı" tamaşa-monoloqunu təqdim edir.

Hələ də dəqiq bilmirəm - mən günahkaram, ya deyiləm?! Yəqin ki, məni günahkar sayanların əsas ittahamı sənin dünyanı tərk etməyin olacaq. Amma axı sən bunu özün istədin. Sən hər şeyi, hər kəsi unutmağa başlayanda huşun hərdən öz yerinə qayıdırdı. Bu bir neçə dəqiqə ərzində baş verirdi. Bu dəqiqələr, bu anlar bizim ən sevimli vaxtımız idi. Biz həyatımızın gözəl günlərini, saatlarını birlikdə xatırlayır, onların gözəlliyini, bizim üçün nə qədər sevimli olmalarını bir daha yaşayırdıq. Huşun yerində olan o nadir halların birində sən mənə dedin ki... Təkcə demədin. Mənə and içdirdin ki, mən bunu etməliyəm. Guya ki bu, sən huşun yerində olmayanda mənim bunu etməyim sənin üçün daha ağrısız və daha əzabsız olacaq. Mən qadın idim və mən sənə inanırdım. Niyə inanırdım?! Səni sevirdim - ona görə inanırdım.

Və mən bunu, nə qədər ağır olsa da, nəhayət, etdim. Sənin arzunu həyata keçirdim. Əslində, bunu etməyimlə səni həyatdan ayırdım. Mən sadəlövh idim. Məni bundan sonra nə gözləyəcəyini hesablaya bilməmişdim. Sən mənə deməmişdin ki, bundan sonra məni hansı sınaqlar gözləyir. Həkimlər, polislər, yaxınlar, uzaqlar, qəzetlər, sosial şəbəkələr, tanıdıqlarım, tanımadıqlarım... Sanki onların hamısının həyatda ən böyük arzusu məni izləmək, məni ittiham etmək idi. Hamı məni məhv eləmək istəyirdi. Mən bilməzdim ki, insanlar bu qədər acımasız ola bilər... Sən mənə bu barədə heç bir söz deməmişdin. Amma mən bütün bunları əvvəlcədən bilsəydim, yenə də BUNU edərdim, səni o biri dünyaya göndərərdim. Nə üçün bunu edərdim?! Sənin ağrıların, əzabların mənim ağrıma, əzabıma çevrilirdi. Mən yavaş-yavaş sən olurdum. Niyə belə olurdu?! Səni sevirdim - ona görə. Sənə aldanıb aldanmamağımın mənim üçün heç bir əhəmiyyəti yox idi. Mən sənə çevrilirdim - dözülməz olan bu idi.


BUNU etmək asan olmadı. Əlbəttə ki, mən tərəddüd içində idim. Nəhayət, günlərin bir günü sən yenə də heç kimi xatırlamayanda mən tərəzinin bir gözünə sənin əzab və ağrı dolu həyatını, o biri gözünə sənin rahatlığını qoydum. Əzab tərəf ağır gəldi, çünki mən də tərəzinin o gözündə bir küncdə gizlənmişdim. Əlbəttə ki, biz tərəf ağır olacaqdı. Sonrası isə artıq asan idi. Mən səssizliyimin, pərişanlığımın içində gizlənib uyğun bir vaxtı gözləməyə başladım. Gün günü kiçik saat əqrəbi saatın rəqəmləri arasıyla yeriyən kimi - o qədər yavaşca və ağır-ağır əvəz eləməyə başladı.


Nəhayət, mənim üşün əsas vaxt gəldi. İstədim ki, huşun özünə qayıdanda ağrıdan bir anlıq da olsa uzaqlaşdığın anı tutum və səninlə vidalaşım. Sən huşunu itirəndən sonra ağrılar içində qıvrılanda vidalaşmanın bir mənası olmayacaqdı. Mənim sənə suallarım var idi. Bu mənim üçün çox vacib idi. Soruşmaq istədiklərim bunlar idi: Sən məni bağışlaya biləcəksənmi?! Mən də səninlə bir yerdə o biri tərəfə keçə bilərəmmi?! Bəlkə hansısa başqa bir dünyada biz səninlə yerimizi dəyişəcəkdik?! Sən də mənim üçün BUNU edə bilərdinmi?! O biri dünyada biz əgər bir-birimizi tanısaq, hər şeyi yenidən başlaya biləcəyikmi?! Bu suallara verilən cavablar mənim üçün çox əhəmiyyətli idi. Niyə?! Çünki mən səni sevirdim.

Sən yenə də məni aldatdın. Soyuqqanlı bir şəkildə, ağrıdan qıvrılsan da yavaşdan pıçıldadın:


"Mən də sənin üçün BUNU edərdim".
Mənim gözlərim o zaman yaşardı.
"Niyə ağladın?!" - sən soruşdun. Sonra gözlərini yana qaçırıb əllərimi ovcunun içinə aldın və nəvazişlə sığallamağa başladın. Mən sənə cavab vermədim. Qəhər məni boğurdu, bir az da keçsə, hönkürtü vuracaqdım. Niyə ağlayırdım?! Elə bir an gəlmiş olsa, sənin çəkəcəyin əzabı, elə bil, indidən duymağa başlamışdım. Mən ağlayırdım. Səni sevirdim - ona görə.

...Bizim şəhərimizin gözəl bahar günləri olur. Belə günlərin birində mən şəhər bağındakı Böyük gölün kənarında dükandan aldığım çörəyi əlimdə didişdirə-didişdirə göldəki ağ rəngli, uzun boyunlu qu quşlarına atırdım. Quşların gözlədikləri yemək vaxtı gəlmişdi. Onlar böyük həvəs və coşqunluqla bu çörək parçalarını elə göydəcə qapmağa çalışır, ləzzətlə yeyirdilər. Buna yemək də deməz olmazdı. Onlar çörək parçalarını udurdular. Mən də bu quşlar qədər xoşbəxt idim. Ürəyim deyirdi ki, bu gün, nəhayət, çoxdan gözlədiyim o an gələcək. Sənin də ilk sözlərin xoşbəxtliyə aid oldu.

"Onlar xoşbəxtdirlər". Arxamda səs eşitdim. Bu, sənin səsin idi.
"Sizə qoşulmaq olarmı?!" - Sən soruşdun və məndən cavab gözləmədən əlindəki çörəkdən parçalar qoparıb quşlara atmağa başladın.
Mən sənə diqqətlə baxırdım. Ağzımı açıb heç bir söz deyə bilmədim. Elə bil, nitqimi əlimdən almışdılar. Niyə?! Mən sənə ilk baxışdan məftun olmuşdum. Mən elə bildim ki, biz min ildir, bir-birimizlə tanışıq. Mən səni görən kimi sevdim, ona görə.

Sən mənimlə köhnə tanışın kimi danışmağa başladın:
"Məndən soruşsalar ki, bu an sənin ən böyük arzun nədir, belə deyərdim. Bu göldəki quşlardan birinə çevrilmək..."
Mən zorla da olsa özümü məcbur edib sual etdim. Bu mənim sənə ilk sualım idi:
"Niyə?"
Sən cavab verdin:
"Yox, qətiyyən ona görə yox ki, indi onlar bu çörək parçalarını belə acgözlük dolu bir ləyaqətlə göydə tutub udurlar. Və bu onları xoşbəxt edir".
Mən soruşdum:
"Acgözlük və ləyaqət bir-birinin yanında necə yanaşı dura bilər?!"
Sən cavab verdin:
"Hansısa başqa bir dünyada, bəli, bu belə ola bilər".
Sonra yenə əlindəki çörəkdən qoparıb quşlara ata-ata dedin:
"Ona görə quş olmaq istərdim ki, onlar kimi uça bilim. Onlarda qibtə etdiyim bir şey varsa, o da budur. Onlar uça bilirlər".
İstədim, soruşam ki, uça bilmək sənə nə verəcək?! Niyə uçmaq istəyirsən? Amma heç nə soruşmadım. Çünki belə bir arzu mənim də qəlbimin dərinliyində ta uşaqlığımdan bəri var idi. Mən özüm də bilmirdim ki, günlərin bir günü qanad açıb uça bilsəydim, bu mənə nə verəcəkdi. Mən səni diqqətlə süzdüm. Sən də mənə tərəf döndün və sən də diqqətlə mənə baxdın. Mən gördüm ki, bizim qu quşlarına baxmadan onlara çörək atan əllərimizin hərəkəti həmahəng olub. Əllərimiz eyni dairəni cızır, şörək parçalarının eyni sürətini və eyni məsafəsini tənzim edirdilər. «Bəli, bu, odur!» mən düşündüm. Niyə belə düşündüm?! Çünki mən səni artıq sevirdim.

Sonra biz o hüzur dolu, kimsəsiz bağda gəzişə-gəzişə bir-birimizə qəribə sözlər deməyə başladıq. Bu sözlər həm tanış sözlər idi, həm də yeni sözlər idi. Sənin mənə dediklərin mənim bizim görüşdən əvvəl düşündüklərimdən, duyduqlarımdan ibarət idi. Sən, elə bil, mənim içimdən çıxıb mənim yanıma gəlmişdin.
Sən deyirdin:
"Elə bir dünyada yaşamaq istərdim ki, iki üstəgəl iki beş etsin".
Mən sənə ürəyimdəkiləri oxuya bilən adam kimi heyrətlə baxıb belə dedim:
"Bunu mən hələ orta məktəbdə oxuyanda arzu edirdim".
Sən deyirdin:
"Biz bu dünyaya neçə dəfə gəlmişiksə bunu unutmuşuq".
Mən dedim:
"Bir başqa dünyada biz bəlkə də göldəki quşlara deyil, şəhər heyvanxanasına gedib ordakı quşlara yemək üçün çörək atırdıq..."
"Hansısa dünyaların birində biz bir-birimizi tanıyırdıq..." - Sən dedin.
Amma yox, bəlkə də bunu mən dedim. Sonra yenə kimsə, ikimizdən birimiz belə dedik:
"Biz gərək o zaman bir-birimizə açar söz deyib o söz vasitəsilə indi bu dünyada bir-birimizi tanıya biləydik..."
Bu sözlərdən sonra ikimiz də gülüşdük. Əl-ələ verib bir xeyli gülə-gülə o bağda gəzişdik. Mənə elə gəldi ki, biz açar sözü bir-birimizə artıq dedik. Bu necə oldu - bilmirəm. Niyə belə oldu - onu da bilmirəm. Mən səni sevirdim, yəqin ki, ona görə.

Şəhər bağında quşlara yem atandan sonra hər zaman sənin nə istədiyini sən deməmiş mən artıq bilirdim. Yox, bilmirdim, duyurdum. Məni də eynən sən duyurdun. Bunun özü hərdən maraqsız olurdu. Biz bir-birimizi təəccübləndirə bilmirdik. Təəccüb olmayanda isə aramızdakı yol - səninlə məni birləşdirən məsafə rahat və maneəsiz olurdu. Mən sənə çevrilə bildiyim kimi sən də mənə çevrilirdin. Biz bir böyük tama, bir böyük bütövə dönürdük. Niyə belə olurdu?! Bilmirəm. Bəlkə səni sevdiyimə görə belə olurdu?!

Və nəhayət, həmən gün gəlib üzünü bizə göstərdi. O gün təkcə sənin üçün deyil, mənim üçün də amansız gün idi. Mən yastığı sənin üzünə tutanda gözlərin hələ açıq idi və mən sənin gözlərini görürdüm. Onlarda yazılan minnətdarlıq hissini məndən başqa heç kim anlaya bilməz. Bu günə qədər o gözlərində gördüyüm minnətdarlıq, razılıq hissi bu gün də qəlbimdə yaşayır. Nəhayət, hər gözündən bir damla yaş süzüldü və sən gözlərini qapadın. Bu son idimi?! Yox, bu son deyildi, bu, başlanğıc idi. Göldə quşlara yem verdiyimiz vaxtdan və bir-birimizi tanıdığımız andan bu ana qədər olan hər şey bir başlanğıc idi. Biz yenidən, hər şeyi yenidən yaşamağa başlayırdıq. Bizmi bunu istədik?! Yox, bunu O istədi. İndi mən sənə bir etiraf edim. İndi dediklərimi niyə deyirəm - bilmirəm. Nə deyirəm - onu da bilmirəm. Sözləri deyirəm, amma onları tanımıram. Nə isə...

Nə isə... Ürəyimə damıb ki, nəhayət, bu gün qarşıma məni sevən və mənim sevdiyim bir adam çıxacaq. Bunu mən hiss edirəm desəm, mənə inanın. İnanın mənə, mən onu dünyada heç kimin heç kimi sevmədiyi qədər sevəcəyəm. Niyə bu belə olacaq - bilmirəm. Nə isə... Gec qaldım. İndi isə şəhər bağına, gölün sahilinə. Quşlara yem vermək vaxtı gəldi. Geciksəm, olmaz. Bu gün nə isə baş verməlidi. Nə isə olacaq. Olacaq. Olacağın olmağına nə var ki... Mən bu gün bircə dənə olmayacaq istəyirəm. Olmayacaq. Olacağın olmağına nə var ki... Bircə dənə olmayacaq... olmayacaq...

Filmlərdə ən çox adı çəkilən şəhərlər - Siyahı Məmməd Aslanın nəvəsi: "Maşınını imkansız bir nəfərə hədiyyə eləmişdi" - Müsahibə Travma almaq istəyənlər üçün delikates - Apatiya nədir?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:348
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Fevral 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri