QvineyaBisau Respublikasının Prezidenti təyyarə qəzası ilə bağlı başsağlığı verib
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Ölkə.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də çoxsaylı insanın faciəli şəkildə həlak olması ilə nəticələnən qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladım.
Bu matəm günündə Zati-alinizə və Azərbaycan xalqına Qvineya-Bisau xalqının adından və öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Baxış sayı:77
Mənbə:https://olke.az