Icma.az
close
up
RU
Menu

Neft Daşları”nda kran dənizə düşdü maşinist öldü

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub

Zəfər ruhlu Novruz bayramı FOTOLAR

Anardan Məleykə Abbaszadənin yazıçıları imtahana çağırışına REAKSİYA

ABŞ və İsrail nəşrləri Azərbaycandan yazır İbrahim sazişləri nə inteqrasiya gözlənilir?

Tanınmış ilahiyyatçı stereotipləri DARMADAĞIN ETDİ: “Məgər Allah ərəbdir, yaxud ərəbcədən qeyri dili bilmir? KONKRET

“Vinisiusun “Qızıl top”u qazanacağını düşünürdüm” Mbappe

FHN attraksionlarda nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib

Bakıda 65 yaşlı kişi faciəvi şəkildə öldü

Müəllimlərin maaşı artırılacaq

Qarın ağrısı şikayəti ilə xəstəxanaya getdi, orqanlarının tərs yerləşdiyini öyrəndi FOTO

Bayram gününün havası yağış, şimşək, güclü külək

Artıq qorxduğumuz heç kim yoxdur, Barselona ÇL in favoritidir Lamin Yamal

Bu göyərti əsəbləri sakitləşdirir Hər gün yeyin

Bu, bütün regionun sabitliyi üçün əsas amildir Gürcüstan XİN

Araz Musayevin Adil Əliyevlə bağlı səsləndiyi fikirlər boş söz yığınağıdır Federasiya prezidenti

Tələbələri təngə gətirən direktor döyüldü Nələr edib?

Qəbizlik problemi olanlar nə etməlidirlər?

Azərbaycanla Ermənistan arasında təhlükəsizlik zolağı olmalıdır MÜNASİBƏT BİLDİRİLDİ

Xalq artisti Tariyel Qasımov: Şahmar Ələkbərovla mən Həsən Əblucu tutub erməni bərbərə başını keçəl qırxdırdıq MÜSAHİBƏ

Qyoko Haciyevski : “Neftçi”nin adı Azərbaycan futbolunda böyük addır

Qyoko Haciyevski : “Neftçi”nin adı Azərbaycan futbolunda böyük addır

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının sabiq baş məşqçisi, ölkəmizdə “Bakı” və “Simurq” klublarını çalışdıran Qyoko Haciyevski apasport.az saytına müsahibə verib.

- Son olaraq, Səudiyyə Ərəbistanının “Hajer” klubunda işləmişdiniz. Maraqlıdır, Azərbaycan klublarından təklifiniz var idi? Olsaydı, hansı qərarı verdiniz?
- Bəli, son dəfə Səudiyyə Ərəbistanında işləmişdim. Maydan bu yana işsizəm. Bir az istirahət etdim. Təkliflər gözləyirəm. İnanıram ki, yeni işlər, yeni təkliflər olacaq. Çünki fiziki sarıdan da hazıram. Təcrübəm də var. İstənilən komandaya xeyir verə bilərəm. Daha 4-5 il asanlıqla yaxşı nəticə vermək olar. Xeyr, Azərbaycandan təklif almamışam. Səbəbini isə bilmirəm. Azərbaycanda son dəfə təxminən 10 il əvvəl olmuşdum. Hər zaman orada insanlarla yaxşı münasibətim olub. Azərbaycanda yaxşı iş göstərmişdim. Uğurlu nəticələrimiz olmuşdu. Həm necə insan, həm də necə məşqçi olduğumu göstərmişdim. Ola bilər ki, indi insanlar məşqçilərə və futbola başqa cür baxırlar. Ona görə də təklif gəlməyib.

- Azərbaycan futbolu ilə maraqlanırsınız? "Qarabağ"ın uzun illədir ki, hegemonluğu var. Amma daim "Qarabağ"ın əsas rəqibi olan "Neftçi"də işlər yaxşı getmir. Bu haqda fikriniz necədir?
- Bəli, maraqlanıram. “Qarabağ” illərdir daimi olaraq avrokuboklarda iştirak edir, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında oynayıb. Fikrimcə, “Qarabağ” üçün daxili çempionatda yetərincə güclü rəqib yoxdur ki, onlar da daha güclü olsun. Liqada asanlıqla çempionluğu reallaşdırırlar. “Neftçi”nin işləri isə son illərdə yaxşı getmir. Səbəbini bilmirəm. Amma “Neftçi”nin adı Azərbaycan futbolunda böyük addır, SSRİ vaxtlarında da oynamış, uğur qazanmış klubdur. Hazırda “Neftçi”nin əfsanələri var, ara-bir Asif Əliyevlə danışıram. “Neftçi”nin indiki nəticələri istənilən səviyyədə deyil. Səbəbini həqiqətən bilmirəm. Amma onu bilirəm ki, “Neftçi” hər il çox güclü olmalıdır və həm Azərbaycanda, həm də avrkuboklarda yer almalıdır. Təbii ki, “Qarabağ” kimi...

- Azərbaycan millisi C divizionundan D divizionuna düşdü. Bu haqda hansı fikirdəsiniz? Fernandu Santuşdan gözlənti yüksək idi, amma onun gəlişindən sonra komanda C divizionunda belə qala bilmədi...
- Fernandu Santuş böyük məşqçidir, böyük addır. Deyə bilmərik ki, futbolu, taktikanı bilmir, yaxud da futbolçu və məşqçi münasibətini bilmir. Bunlar doğru olmazdı. Sadəcə Azərbaycan millisindəki nəticə çox pisdir. Azərbaycan millisinin belə uğursuz nəticələrini xatırlamıram. Üstəlik, yığma D divizionuna da düşdü. Azərbaycan millisinin 4-5 oyununa baxmışam. Daha çox xal toplasaydılar, yaxşı olardı. Heyf ki, vəziyyət belədir. 

- Dünya çempionatının seçmə mərhələsində Azərbaycan İslandiya, Ukrayna ilə qarşılaşacaq. Üçüncü rəqib isə ya Fransa, ya da Xorvatiyadır. Səncə, Azərbaycan millisi bu qrupda nə edə bilər?
- Çətin olacaq, bu, dəqiqdir. Ukrayna, İslandiya, Fransa və ya Xorvatiya da çox güclüdür. Onlar Azərbaycandan daha üstündür. Bunu etiraf etmək olar. Azərbaycanla matçların favoriti olacaqlar. Lakin heç vaxt ruhdan düşmək lazım deyil. Həmişə sürpriz edə biləcəyinə inanmaq lazımdır. Azərbaycan güclü rəqiblərə qarşı da sürpriz edə biləcəyinə inanmalıdır. 

- Azərbaycan millisinin geridə qalan illərdə inkişaf edə bilməməsini nə ilə əlaqələndirirsən? Səncə, nəyə görə, Azərbaycan millisi Avropa və ya dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib?
- Futbolda hər şey edə bilərsən, pulun çox olarsa, stadion, avtobus, oyunçu ala bilərsən. Amma futbolda ən önəmlisi komanda qurmaq, seleksiya aparmaq, uşaq futbolu üçün nələrsə edə bilmək, layihə, ideyanın olmasıdır. Demirəm ki, Azərbaycanda keyfiyyətli məşqçi yoxdur, əlbəttə var. Mən Azərbaycanda işləyəndə Premyer Liqada hər klubda 15 legioner var idi. Onda güclü futbol gedirdi. Yerli futbolçular da daha yaxşı durumda idi. Çünki legionerlərdən nəsə öyrənə bilirdilər. Məsələn, digər ölkələrdən gələn ulduzlardan nəsə öyrənmək mümkün idi. Futbolda, metodikada, nəsil dəyişmək də önəmlidir. Hər dəfə deyirəm ki, Azərbaycan futbolunda reform lazımdır. Yaxşı proqram lazımdır ki, yaxşı iş görəsən. Azərbaycanda istedadlı oyunçular var, 4-5 il ərzində inkişaf etmək mümkündür. Çoxlu sayda beynəlxalq turnirlərə getmək lazımdır. U-15, U-17 yığmalarında oynayanlara daha çox diqqət etmək mütləqdir. Axı yığmada işləyən məşqçilər 5-6 gün ərzində həmin futbolçular üçün nəsə edə bilməzlər. Onlar il ərzində milli üzvləri ilə birlikdə olmalıdır, işləməlidir. Bəlkə, Tovuzda, Zaqatalada, Qəbələdə, başqa rayonlarda çox yaxşı oyunçular var. Məşqçilər bölgələrə gedərək daim izləmədə olmalıdırlar. Əgər Azərbaycan futbolunda yaxşı uğurlar istəyirsənsə, daha çox U-15, U-17, U-19 yığmalarında iş aparmaq lazımdır. Hər hada, bunu edəsi olsan, 4-5 il ərzində də bəhrəsini görmək mümkündür. Azərbaycan futbolunu yaxşı etmək istəyirsənsə, reforma ehtiyac var. Aşağı yaş qruplarından ibarət yığmalarda uşaqlar daim diqqətdə olmalıdır, bütün federasiya hər gün onlarla maraqlanmalıdır, təkcə bir yox, bir neçə məşqçi saxlamaq gərəkdir. Üstəlik, yaxşı propaqanda, atmosfer lazımdır. Jurnalistlər də Azərbaycanda futbolun populyarlığı baxımından önəmli yer tutur. Yalnız kritika lazım deyil, dəstək vermək gərəkdir, yaxşı işlərdən danışmaq da olar. Uşaq futbolu üçün, futbolun populyarlığı baxımından Azərbaycan yığmasının gözəl, uğurlu oyunlarını göstərmək, onlardan danışmaq olar. Dünyada yeni futbol modeli məşqçilərə azadlıq verilməsidir. Rəhbərlik tərəfindən heç bir təzyiq göstərilməməlidir. Yoxsa, məşqçi nəticə əldə edə bilməz. Məşqçinin fəlsəfəsi, layihəsi, ideyası varsa, ona dəstək verilməli və gözləmə mövqeyi tutmaq lazımdır. Hər ay da inkişaf görəcəksən.

- Azərbaycanlı futbolçular hazırda "Eqnatiya" (Albaniya), "Radomyak" (Polşa), "Nürnberq" (Almaniya II Bundesliqası), "Çorum"(Türkiyə 1-ci Liqası), "Çernomorets"(Ukrayna), "Helsinki" (Finlandiya), "Daejeon Citizen" (Cənubi Koreya) klublarında oynayırlar. Bu cür klublarda legioner həyatı yaşayan oyunçularla uğur qazanmaq olar? 
- Azərbaycanda ən böyük problem odur ki, reform, nəsil dəyişikliyinə getmirlər. Kiçik ölkələrdə oynayan azərbaycanlı futbolçular var. Amma top-5 liqalarda oynayan azərbaycanlı yoxdur. Ən azından heç olmasa Portuqaliya, İsveçrə, Avstriya, İsveç kimi ölkələrdə oynasaydılar, milli üçün yaxşı idi. Çünki bu ölkələrdə futbolçular da daha yaxşı işləyərdi. Milliyə də daha güclü gələrdilər. Yəqin vəziyyət hələ elədir ki, azərbaycanlı futbolçular çox güclü liqalara gedə bilmirlər. “Qarabağ” daim avrokuboklarda çıxış edir. Oradakı yerlilər də xarici klublarda oynamalıdır.

- Yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limiti tətbiq olunmayacaq. Azərbaycanlı futbolçular AFFA-nın bu qərarından narazı və narahatdır. Səncə, bu qərardan sonra Azərbaycan klubları daha çox legionerlərə, yoxsa azərbaycanlı futbolçulara şans verəcək?
- Məncə, klublarda legionerlərin çox olması, çox oynaması problem deyil. Hər halda, yerli futbolçular da o zaman daha güclü olacaq, legionerlərdən baxaraq nəsə götürəcək. Azərbaycanın problemi odur ki, ölkədə futbola daha çox populyarlıq lazımdır. U-15, U-17, U-19 və U-21 yığmalarına mütləq tam qüvvə ilə konsentrasiya olmaq lazımdır. Hər oyun onlarda inkişaf görülməlidir. Əgər hər ay bir az inkişaf yoxdursa, demək düzgün iş getmir. Daim məşqçi dəyişməklə heç nə olmayacaq. Futbolu yaxşı bilirsənsə, aydın şəkildə nə istədiyin bəllidirsə, nəsə etmək olacaq. Futbolçular özlərində də inkişaf hiss edəcək. Məşqçi orada sadəcə vaxt itirirsə, sadəcə “qələbəyə ümid edirəm, qələbəyə ümid edirəm” deyirsə, heç nə... Aydın layihə, bəlli istək olmayacaqsa, nəyə ümid edirsən? Bunu Bernard Lippertin timsalında görmüşdük. 10 il Azərbaycanda işlədi, nə etdi ki? Bilirsiz, onun işlədiyi vaxtda iki yığma komanda etmək olardı. Lakin heç nə etmədi. Fernandu Santuşu yox, ən yaxşısını gətirsən də, böyük fərq olmayacaq. 35 ildir peşəkar məşqçiyəm. Azərbaycanı yaxşı bilirəm, oranı tanıyıram, insanları bilirəm. Məndən istəsələr, Azərbaycan futbolunun inkişafına da böyük kömək ola bilərəm. Mən Şimali Makedoniya tarixində ən yaxşı nəticəni göstərmişəm. Yeni nəslin ortaya çıxmasında, futbolçularımızın Budesliqa, La Liqa, Premyer Liqa kimi çempionatlarda oynaması üçün bunu etmişəm. Amma çoxu bəlkə də mən etdiyimi xatırlamır. Şimali Makedoniya futbolu üçün çox şey etmişəm. Azərbaycandan istəsələr, bu yöndə iş görmək mümkündür. Mən özümü təklif etmirəm. Sadəcə karyeram var, kömək edə biləcəyimi deyirəm. Hər halda, zəif məşqçi olsam, 20 ildən çox xaricdə işləməzdim. Ümidvaram ki, Azərbaycan futbolunda hər şey ən yaxşı səviyyədə olacaq.

“Neftçi”nin əməkdaşları və veteran futbolçular qocalar evində olublar "Neftçi"nin qapıçısı 2 oyunluq cəzalanıb Sambunun cəzası dəyişmədi - AFFA "Neftçi"nin şikayətini təmin etmədi MOİK-in yeni baş məşqçisi bəlli oldu - Eksklüziv Qattuzo bildiyimiz kimi: Xorvatiyada canlı yayımı basdı - VİDEO
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://apasport.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neft Daşları”nda kran dənizə düşdü maşinist öldü

18 Mart 2025 21:16see687

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub

18 Mart 2025 12:20see114

Zəfər ruhlu Novruz bayramı FOTOLAR

19 Mart 2025 11:35see112

Anardan Məleykə Abbaszadənin yazıçıları imtahana çağırışına REAKSİYA

19 Mart 2025 13:40see111

ABŞ və İsrail nəşrləri Azərbaycandan yazır İbrahim sazişləri nə inteqrasiya gözlənilir?

19 Mart 2025 11:17see109

Tanınmış ilahiyyatçı stereotipləri DARMADAĞIN ETDİ: “Məgər Allah ərəbdir, yaxud ərəbcədən qeyri dili bilmir? KONKRET

19 Mart 2025 13:23see109

“Vinisiusun “Qızıl top”u qazanacağını düşünürdüm” Mbappe

19 Mart 2025 09:25see109

FHN attraksionlarda nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib

18 Mart 2025 12:18see109

Bakıda 65 yaşlı kişi faciəvi şəkildə öldü

18 Mart 2025 11:57see109

Müəllimlərin maaşı artırılacaq

19 Mart 2025 15:52see108

Qarın ağrısı şikayəti ilə xəstəxanaya getdi, orqanlarının tərs yerləşdiyini öyrəndi FOTO

19 Mart 2025 12:23see108

Bayram gününün havası yağış, şimşək, güclü külək

19 Mart 2025 12:28see108

Artıq qorxduğumuz heç kim yoxdur, Barselona ÇL in favoritidir Lamin Yamal

18 Mart 2025 22:00see108

Bu göyərti əsəbləri sakitləşdirir Hər gün yeyin

19 Mart 2025 02:02see108

Bu, bütün regionun sabitliyi üçün əsas amildir Gürcüstan XİN

18 Mart 2025 12:20see107

Araz Musayevin Adil Əliyevlə bağlı səsləndiyi fikirlər boş söz yığınağıdır Federasiya prezidenti

19 Mart 2025 17:43see107

Tələbələri təngə gətirən direktor döyüldü Nələr edib?

19 Mart 2025 11:30see106

Qəbizlik problemi olanlar nə etməlidirlər?

19 Mart 2025 11:36see106

Azərbaycanla Ermənistan arasında təhlükəsizlik zolağı olmalıdır MÜNASİBƏT BİLDİRİLDİ

19 Mart 2025 16:13see105

Xalq artisti Tariyel Qasımov: Şahmar Ələkbərovla mən Həsən Əblucu tutub erməni bərbərə başını keçəl qırxdırdıq MÜSAHİBƏ

19 Mart 2025 09:17see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri