“Rabitəbank”dan 1 milyardlıq rekord
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Rabitəbank” ASC 2026-cı ilin 3-cü rübünün yekunlarına dair kredit portfelinin keyfiyyəti barədə hesabatını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, hesabata əsasən, bankın ümumi kredit portfeli 1 milyard 25 milyon 413 min manata çatıb. Maliyyə göstəriciləri göstərir ki, kredit portfelinin 952 milyon 580 min manatı (təxminən 92,9%-i) vaxtında ödənilən cari kreditlərin payına düşür. Portfel üzrə vaxtı keçmiş ödənişlərin ümumi məbləği 72,8 milyon manat civarındadır ki, bunun da 32,3 milyon manatlıq hissəsində yubanma müddəti 1-30 gün arasındadır.
Bankın kreditlərinin təyinat üzrə bölgüsünə baxdıqda, biznes kreditlərinin 460 milyon 97 min manat (cari: 412,4 mln manat), istehlak kreditlərinin 360 milyon 550 min manat (cari: 337,5 mln manat) və daşınmaz əmlak (ipoteka) kreditlərinin 204 milyon 767 min manat (cari: 202,6 mln manat) təşkil etdiyi görünür. İqtisadiyyatın sahələri üzrə maliyyələşmədə runs ticarət müəssisələrinə 131,4 milyon manat, kənd təsərrüfatına 130 milyon manat, tikinti sahəsinə 53,6 milyon manat, sənayeyə 48,7 milyon manat, nəqliyyat sektoruna 36,6 milyon manat və informasiya-rabitə sahəsinə 936 min manat kredit ayrılıb. Dominos pizza
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 15 Oktyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















