Icma.az
close
up
RU
Azərbaycana radiasiya təhlükəsi varmı? Radiasiya İnstutundan CAVAB

Azərbaycana radiasiya təhlükəsi varmı? Radiasiya İnstutundan CAVAB

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İsrail-İran münaqişəsi regionda geosiyasi tarazılığı pozulmasına səbəb olub. Lakin regional təhlükəsizliyə yaranmış təhdid yalnız bu iki ölkə ilə məhdudlaşmır. Münaqişənin mümkün genişlənməsi və nüvə obyektlərinin hədəf alınması ətraf ölkələr, o cümlədən Azərbaycan üçün potensial radiasiya risklərini gündəmə gətirir.

Radiasiya Problemləri İnstutunun baş direktoru, professor İslam Mustafayev Modern.az-a bildirib ki, hazırki vəziyyətdə Azərbaycana ciddi radioaktiv təhlükə yoxdur. Onun sözlərinə görə, İranda ən böyük nüvə obyekti Buşəhrdə yerləşən atom elektrik stansiyasıdır:

“İsrailin atom elektrik stansiyasını vurma ehtimalı çox aşağıdır. Çünki bu obyekt Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən qorunur. Belə bir hadisə olsa, regionda ciddi nəticələr meydana gələ bilər. Məsələn, Çernobıl nüvə fəlakətinin təsiri minlərlə kilometr uzağa çatmışdı”.

Professor həmçinin onu da qeyd edib ki, təsirlər insanlar üzərində də ola bilər:

“Məsələn, yaşayış şəraiti pisləşə bilər və ya insanların ərazilərini tərk etməyə məcbur olması mümkündür. Lakin belə bir vəziyyət real görünmür, çünki atom elektrik stansiyası bizdən 1000 km-dən uzaqdadır. Eləcə də, regionda uran zənginləşdirmə kombinatlarının olması faktı da mövcuddur. Bu kombinatlar atom reaktorları üçün yanacaq istehsal edir və eyni zamanda nüvə silahı, atom bombası üçün də istifadə oluna biləcək zənginləşdirilmiş uran hazırlayır. Hazırda bölgədə 17 belə uran zənginləşdirmə kombinatı mövcuddur”.


İ.Mustafayev vurğulayıb ki, belə obyektlərin dağıdılması mümkündür, məsələn, binası və idarəetmə ofisi hədəf alınaraq zərər verilə bilər. Ancaq bu obyektlərin çoxu yerin 80 metr dərinliyində yerləşir və həmin dərinlikdə əməliyyat aparmaq çox çətin və risklidir: 

“Bizim bu obyektlərin dəqiq yerini bilmək imkanımız yoxdur. Amma əgər bu kombinatlar Azərbaycanın sərhədlərinə yaxın bir ərazidə yerləşirsə, məsələn, Təbriz, Ərdəbil və ya Xəzər sahilində, o zaman bu obyektlərə hər hansı bir zərbə vurularsa, bizə təsiri ola bilər. Xüsusilə Araz çayı bu əraziləri ayıran təbii sərhəd olduğu üçün, bu amil də nəzərə alınmalıdır. Lakin hazırkı şəraitdə bu barədə dəqiq bir fikir söyləmək çətindir", - deyə o söyləyib.
 

Aytac Bəhruzqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyun 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri