Icma.az
close
up
RU
Radikallar susdu, dövlət isə sözünü dedi

Radikallar susdu, dövlət isə sözünü dedi

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

Yayılan videonu yəqin ki, sosial şəbəkələrdə izləmisiniz. Bir qrup xarici ölkə vətəndaşı öz xalqının mədəniyyətini, dini görüşlərini, qədim irsinin zənginliyini bir daha bizə təqdim etdi. Təbii ki, bu cümlə ironiyadır. Çünki qəlbimin dərinliklərindən keçən zəngin Azərbaycan dilində dediklərimi və düşündüklərimi buraya yaza bilmərəm.

Bizim üçün həssas və and yerimiz olan "Şəhidlər xiyabanında" şəhidlərə lağ etmək, ələ salmaq, həmin ölkə vətəndaşlarının xislətini bir daha sübut etdi.

Əvvəla ondan başlayaq ki, şəhid statusu, anlamı Azərbaycana geniş mənada (əsrlər boyu olsa da, geniş kütləyə) 90-cı illərdə məhz dini düşüncədən qaynaqlanaraq həm xalq, həm də dövlət səviyyəsində qəbul olundu.

Şəhidlər son 35 ildə bizim ayrılmaz hissəmizə, qürurumuza və sonsuz ağrımıza çevrildi. Bu gün baş verən hadisə isə məsələni təhlil etməyimiz üçün bizə xeyli imkan yaratdı.

İlk növbədə cəmiyyətin münasibəti. Yazdılar, paylaşdılar, öz fikirlərinin qətiyyətini ifadə etdilər. Bu hərəkəti şəhidlərimizin ruhuna qarşı edənlərin cəzalanmasını tələb etdilər.

Amma bir dənə də olsun "hüseyinçi" münasibət bildirmədi. Mövqe ortaya qoymadı. Danışmadı. Tələb etmədi. Amma II Qarabağ müharibəsindən sonra şəhid dəfnlərinə gedib orada ara qatmaqdan, "ya Hüseyn!" qışqırmaqdan və başqa təxribatlar törətməkdən çəkinmədilər. Axırda şəhid valideynləri qara çarşablıları dəfn mərasimlərindən qovdular. Şəhidlərimizin məqamının Allah yanında çox yüksəkdə olmasını "hüseynçilər" olmadan da bildiklərini göstərdilər.

Çox dərinə getmədən vacib həqiqəti insanlara çatdırmaq istəyirəm.

Heç bir "hüseynçi" və digər radikallar bizim şəhidimizin qürurunu və şərəfini qorumadı və qorumayacaq.

Kim qorudu bəs? Dövlət! Dövlətin hüquq-mühafizə orqanları. Bunu heç bir "hüseynçi" etmədi.

Bu dövlətin əsas sütunu savadlı, bilikli, radikallıqdan uzaq olan cəmiyyətdir.

Bir daha qeyd edirəm, məsələ dini görüşlərdən getmir. Məsələ radikal dini fəaliyyət altında insanların beyninə sızmaq istəyən təhlükəli amillərdən gedir.

Gözümüz açıq olmalıdır. Bu kimi hallarla polislə yanaşı, biz də mübarizə aparmalıyıq.

Bu arada yenə cəmiyyətin yadına salmaq istəyirəm ki, törətdiyi müxtəlif cinayətlərdən yaxa qurtarmaq üçün qaçıb İran ərazisinə gedən azərbaycanlılardan təşkil edilmiş və uzun müddət Azərbaycana qarşı ideoloji diversiya, informasiya-təbliğat işlərində İran xüsusi xidmət qurumları tərəfindən istifadə olunan "Hüseyniyyun" adlı təşkilat var. Bu gün də onlar əllərinə imkan düşən kimi "hüseyn aşiqləri" adı altında sinə döyüb, üz cıraraq öz ağalarının verdiyi tapşırığını yerinə yetirir, Azərbaycanda xaos yaratmağa çalışırlar. Belə şəhid aşiqidirlərsə, niyə heç biri ortaya bir qəpiyini qoymadı?

Deməli bizə elə bu dövlət, bu cəmiyyət və bu polis qalacaq. İşimiz çətinə düşən kimi yapışırıq dövlətin yaxasından ki, kömək elə, cəzalandır, məni, şəhidimi müdafiə elə.

Dövlətimiz bu gün yenə bizi müdafiə etdi. Şəhidlərimizə dil uzadanların gecə ilə dilini qısaltdı.

Bilirsiniz, bu hadisə hər kəsə görk olmalıdır. Gələn qonağa da, içimizdəki xainlərə də. Dövlət yatmır, hər şeyi eşidir və görür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Avqust 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri