Icma.az
close
up
RU
Radioloq: Ultrasəs müayinələrində vizual nəticələri yaratmaq üçün səs dalğalarından istifadə edilir AZƏRTAC

Radioloq: Ultrasəs müayinələrində vizual nəticələri yaratmaq üçün səs dalğalarından istifadə edilir AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 yanvar, AZƏRTAC

Ultrasəs müayinəsi (USM) olduqca mühüm diqanostik vasitədir və xüsusilə qadın sağlamlığında çoxsaylı tibbi proseslərdə geniş tətbiq edilir. USM-dən həm hamiləlik öncəsi qiymətləndirmə, hamiləlik dövründə icra edilən çoxsaylı müayinələr, həm də doğuş sonrası ana sağlamlığının skrininqi üçün istifadə olunur.

Hamiləlik dövründə mütəmadi USM müayinələri gələcək ananın və körpənin sağlamlığını izləmək üçün olduqca vacibdir. Müayinələr mümkün problemlərin erkən mərhələdə aşkarlanmasına kömək edir. Bu da, vaxtında müdaxilə etməyə və riskləri azaltmağa imkan yaradır. Eyni zamanda, valideynlərin körpələrinin inkişafı haqqında məlumatlandırılması onları rahatlaşdırır və doğuşun müsbət nəticələnməsinə dəstək olur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının radioloqu Jalə Parlanova deyib.

Hər trimestrdə aparılan məcburi müayinələr barədə məlumat verən radioloq əlavə edib: “Hamiləlik üç trimestrə bölünür və hər trimestrdə ana və körpənin sağlamlığını izləmək üçün xüsusi müayinələr aparılır.

Birinci trimestrdə (14-cü həftəyədək) ananın müəyyən qan analizlərinin verməsi vacibdir. Bu analizlər nəticəsində qan qrupu, RH faktoru, hepatitlər və digər amillər yoxlanılır. Eyni zamanda, bu trimestrdə (təxminən 11-14-cü həftələrarası) NT müayinəsi aparılır. Bu da, qan analizləri ilə birlikdə uşaqda xromosom anomaliyalarının riskini qiymətləndirmək üçün əsas götürülür. Bu trimestrdə digər genetik analiz – NİPT də təklif edilə bilər.

İkinci trimestrdə artıq inkişaf edən döldə mövcud vəziyyətin müəyyən edilməsi üçün müayinələr aparılır. Körpənin orqanları, struktur vəziyyəti və plasentanın yerləşməsi yoxlanılır. Eyni zamanda, gestesional diabeti aşkar etmək üçün qlükoza dözümlülüyü testi aparılır.

Son trimestrdə isə, körpənin inkişafını izləmək üçün böyümə USM-ləri icra edilir. Bu müayinələr körpənin ölçüsü, mövqeyi (duruş) və amniotik mayenin səviyyəni yoxlayır. Eyni zamanda, 36-38-ci həftələrdə icra edilən GBS testi bakteriyaların doğuş zamanı körpəyə keçməsinin qarşısını almaq üçün vacibdir”.

Jalə Parlanovanın sözlərinə görə, ultrasəs müayinəsinə hazırlıq ultrasəs növündən asılıdır. Anomaliya və böyümə skanları üçün adətən xüsusi hazırlıq tələb olunmur. Bununla yanaşı, ultrasəs müayinələrinin tamamilə ağrısız olduğunu xatırlamaq vacibdir. Bu müayinələr hamiləliyin problemsiz və sağlam keçməsini təmin etmək üçün nəzərdə tutulub.

“Ultrasəs müayinələri düzgün istifadə olunduğu halda təhlükəsizdir. Müayinələr görünən vizual nəticələri yaratmaq üçün radiasiyadan yox, səs dalğalarından istifadə edir. Əsas məsələ ultrasəsin tibbi məqsədlər üçün və peşəkar həkimlər tərəfindən aparılmasıdır. Bu, onun düzgün və səmərəli istifadəsini təmin edir.

Eyni zamanda, müayinələr valideynlərə körpələri ilə emosional əlaqə qurmaq və körpənin ultrasəsdə hərəkətlərini izləmək imkanı yaradır. Görüşlər valideynlərə körpənin inkişafı barədə məlumat almağa, doğuma hazırlaşmağa və hər hansı narahatlıqlarını həkimlə müzakirə etməyə şərait yaradır”, - deyə radioloq vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri